“Sivasspor”a bir qol bəs etdi

Koronavirus pandemiyasına görə martdan dayandırılan Türkiyə Super Liqasına yenidən bərpa olunub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 27-ci tur çərçivəsində iki qarşılaşma baş tutub. Baş məşqçi postuna müvəqqəti olaraq Tahir Karapınarı gətirən “Fənərbaxça” autsayder “Kayserispor”u qəbul edib. İstanbul təmsilçisi bu oyundan əzmkar qələbə ilə ayrılıb. Lider “Trabzonspor” isə İzmir səfərində “Göztəpə” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

“Beşiktaş” doğma meydanda “Antalyaspor”a, “Yeni Malatyaspor” isə “Kasımpaşa”ya məğlub olub. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Başakşəhər” bu turda “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirib və qələbə qazanıb.

Bazar günü daha üç görüş baş tutub. “Qaziantep” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. “Gənclərbirliyi” “Konyaspor”u məğlub yola salıb. Səfərdə “Rizəspor”un qonağı olan “Qalatasaray” isə məğlubiyyətlə üzləşib.

Sonuncu oyun günündə “Sivasspor” doğma meydanda “Dənizlispor”u minimal hesabla üstələyib.

Qarşılaşmalar koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.

Türkiyə Super Liqası, 27-ci tur

12 iyun

Fənərbaxça – Kayserispor 2:1
Qol
: Muriqi, 86-pen. L.Qustavo, 88 – Mensah, 59.

Göztəpə – Trabzonspor 1:3
Qol
: A.Öztürk, 57-pen – Nvakaeme, 16. Ekuban, 52-pen. B.Emir, 84-öz qapısına.

13 iyun

Başakşəhər – Alanyaspor 2:0
Qol
: M.Tekdemir, 64. Vişça, 79-pen.

Beşiktaş – Antalyaspor 1:2
Qol
: Lyayiç, 68 – S.Gümüş, 15. Amilton, 35.

Yeni Malatyaspor – Kasımpaşa 1:2
Qol
: Donald, 45+3 – Thiam, 61; 67.

14 iyun

Gənclərbirliyi – Konyaspor 2:1
Qol
: Sio, 60. B.Özdemir, 83 – Yevtoviç, 62.

Qaziantep – Ankaragücü 1:1
Qol
: Maksim, 25-pen – Skarione, 51.

Rizəspor – Qalatasaray 2:0
Qol
: Şkoda, 42. T.Torun, 53.

15 iyun

Sivasspor – Dənizlispor 1:0
Qol
: Yatabare, 45+1.

Bombardir: Aleksandr Sörlot (“Trabzonspor”) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button