“Qarabağ”dan “Kayrat” üzərində əzmkar qələbə

Bu gün Konfrans Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da növbəti matçına bu gün çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Qazaxıstanın “Kayrat” komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç Azərbaycan təmsilçisinin əzmkar qələbəsiylə başa çatıb.

“Qarabağ” Konfrans Liqasının H qrupunda “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat”la mübarizə aparır. Ağdam təmsilçisi 3 turdan sonra 7 xalla liderdir.

H qrupu çərçivəsində bu gün daha bir qarşılaşma keçiriləcək. “Bazel” doğma meydanda “Omoniya”nı qəbul edəcək.

Konfrans Liqası, qrup mərhələsi, 3-cü tur

21 oktyabr

H qrupu

Qarabağ – Kayrat (Qazaxıstan) 2:1
Qol: R.Şeydayev, 79. A.Hüseynov, 90+1 – X.Kante, 19-pen.
Baş hakim: Yevgeni Aranovski

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Kayrat: 1. Stas Pokatilov, 4. Nurəli Alip, 11. Yan Voroqovski, 15. Frank Banyak, 16. Rikardo Alves, 18. Xose Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 33. Denis Polyakov.
Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Guljigit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev.
Baş məşqçi: Kurban Berdıyev.

23:00 Bazel (İsveçrə) – Omoniya (Kipr)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button