“Milan” qələbə ilə başladı

Futbol üzrə İtaliya A Seriyasında yeni – 2020/21 mövsümünə start verilib.

Komanda.az xəbər verir ki, açılış matçında “Fiorentina” ilə “Torino” üz-üzə gəlib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar. Günün digər matçında isə “Roma” “Verona”nın qonağı olub. Paytaxt klubu bu görüşdən 1 xalla ayrılıb.

Bazar günü dörd qarşılaşma baş tutub. “Sassuolo” – “Kalyari” matçında qalib müəyyənləşməyib. Səfərdə “Parma” ilə qarşılaşan “Napoli” inamlı qələbəyə sevinib. “Cenoa” isə “Krotone”ni darmadağın edib. Son çempion “Yuventus” ilk turda “Sampdoriya”nı sınağa çəkib və darmadağına sevinib.

“Milan” isə “Bolonya” ilə qarşılaşıb. Zlatan İbrahimoviçin dublu meydan sahiblərinə inamlı qələbə qazandırıb.

İlk turun “Benevento” – “İnter”, “Udineze” – “Spetsiya” və “Latsio” – “Atalanta” matçları təxirə salınıb.

İtaliya A Seriyası, 1-ci tur

19 sentyabr

Fiorentina – Torino 1:0
Qol
: Kastrovilli, 78.

Verona – Roma 0:0

20 sentyabr

Parma – Napoli 0:2
Qol
: Mertens, 63. İnsinye, 77.

Cenoa – Krotone 4:1
Qol
: Destro, 6. Pandev, 9. Zappakosta, 34. Pyatsa, 75 – Riviere, 28.

Sassuolo – Kalyari 1:1
Qol
: Burabia, 87 – Simeone, 77.

Yuventus – Sampdoriya 3:0
Qol
: Kuluşevski, 13. Bonuççi, 79. Ronaldo, 89.

21 sentyabr

Milan – Bolonya 2:0
Qol
: 35; 50-pen.

Bombardir: Zlatan İbrahimoviç (Milan) – 2 qol.