“Cenoa” “Parma”ya da uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Turun açılış matçında “İnter” səfərdə turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Sassuolo”nun qonağı olub və rəqibini darmadağın edib. “Yuventus” “Benevento”nun qonağı olub. Turin təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Atalanta” isə “Verona”nı sınağa çəkib. Meydan sahibləri bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər.

Bazar günü lider “Milan” doğma meydanda “Fiorentina”nı iki cavabsız qolla üstələyib.

Dörd qolun qeydə alındığı “Kalyari” – “Spetsiya” matçında qalib müəyyənləşməyibsə, “Bolonya” “Krotone”yə doğma meydanda minimal hesabla qalib gəlib.

Turun mərkəzi görüşü Neapolda keçirilib. “Napoli” klubu doğma meydanda “Roma” ilə üz-üzə gəlib. Paytaxt təmsilçisi bu oyunda böyük hesabla məğlub olub. Romanın digər təmsilçisi “Latsio” da evdə “Udineze”yə uduzub.

Sonuncu oyun günündə “Parma” səfərdə “Cenoa”ya qalib gəlib. Dörd qolun qeydə alındığı “Torino” – “Sampdoriya” matçında isə qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 9-cu tur

28 noyabr

Sassuolo – İnter 0:3
Qol
: A.Sançes, 4. Kirikeş, 14-öz qapısına. Qalyardini, 60.

Benevento – Yuventus 1:1
Qol
: Letizia, 45+3 – Morata, 21.

Atalanta – Verona 0:2
Qol
: Veloso, 62-pen. Zakkayni, 83.

29 noyabr

Latsio – Udineze 1:3
Qol
: İmmobile, 74-pen – T.Arslan, 18. Pussetto, 45+3. Forestyeri, 71.

Milan – Fiorentina 2:0
Qol
: Romanyoli, 17. Kessye, 28-pen.

Bolonya – Krotone 1:0
Qol
: Soriano, 45+2.

Kalyari – Spetsiya 2:2
Qol
: J.Pedro, 52. Pavoletti, 58 – Qyasi, 36. Nzola, 90+4-pen.

Napoli – Roma 4:0
Qol
: İnsinye, 31. Ruis, 65. Mertens, 81. Politano, 87.

30 noyabr

Torino – Sampdoriya 2:2
Qol
: Belotti, 25. Meyte, 77 – Kandreva, 54. Kvalyarella, 63.

Cenoa – Parma 1:2
Qol
: Şomurodov, 50 – Jervinyo, 10; 47.

Bombardir: Zlatan İbrahimoviç (Milan) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button