“Napoli” və “Milan”dan səfər qələbəsi

Futbol üzrə İtaliya A Seriyasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Açılış matçında “Kalyari” və “Venetsiya” komandaları üz-üzə gəliblər. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

“Yuventus” bu turda Turin şəhərinin digər təmsilçisi “Torino”nun qonağı olub. Derbidə qonaqlar minimal hesabla üstün olublar. “İnter” də “Sassuolo” səfərindən qələbə ilə dönüb. “Salernitana” isə “Cenoa” ilə ev oyunundan qalib ayrılıb.

“Roma” “Empoli”ni sınağa çəkib və inamlı qələbəyə sevinib. Məğlubiyyətsiz lider olan “Napoli” bu dəfə “Fiorentina”nın müqavimətini qırmağa nail olub.

Turun mərkəzi görüşü Berqamoda keçirilib. Turnir cədvəlinin 2-ci sırasında yer alan “Milan” “Atalanta”nın qonağı olub. Beş qolun qeydə alındığı bu görüş qonaqların çətin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 7-ci tur

1 oktyabr

Kalyari – Venetsiya 1:1
Qol
: Balde, 19 – Busio, 90+2.

2 oktyabr

Salernitana – Cenoa 1:0
Qol
: Dyuriç, 66.

Torino – Yuventus 0:1
Qol
: Lokatelli, 86.

Sassuolo – İnter 1:2
Qol
: Berardi, 22-pen – Dzeko, 58. L.Martines, 78-pen.

3 oktyabr

Bolonya – Latsio 3:0
Qol
: Barrou, 14. Teate, 17. Hiki, 68.

Sampdoriya – Udineze 3:3
Qol
: Larsen, 24-öz qapısına. Kvalyarella, 48-pen. Kandreva, 69 – R.Pereyra, 15. Beto, 43. Forestyeri, 82.

Verona – Spetsiya 4:0
Qol
: Simeone, 4. Faraoni, 15. Kaprari, 42. Bessa, 71.

Roma – Empoli 2:0
Qol
: Pelleqrini, 42. Mxitaryan, 48.

Fiorentina – Napoli 1:2
Qol
: Martines, 28 – Lozano, 39. Rahmani, 50.

Atalanta – Milan 2:3
Qol
: Sapata, 86-pen. Paşaliç, 90+3 – Kalabriya, 1. Tonali, 43. Leao, 78.

Bombardir: Edin Dzeko (“İnter”), Çiro İmmobile (“Latsio”) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button