“Napoli”dən darmadağın, “Roma”dan çətin qələbə

Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Açılış matçında “Bolonya” “Cenoa”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Günün digər oyunlarında “Atalanta” “Sassuolo”nu doğma meydanda məğlub edibsə, “İnter” “Fiorentina”nı səfərdə üstələyib.

Dörd turdan sonra qələbəyə həsrət qalan “Yuventus” bu turda “Spetsiya” səfərinə yollanıb. Beş qolun qeydə alındığı bu oyunda Turin təmsilçisi nəhayət ilk qələbəsini rəsmiləşdirib. “Milan” isə doğma meydanda “Venetsiya”nı iki cavabsız qolla üstələyib. “Salernitana” – “Verona” matçında qalib müəyyənləşməyib. “Kalyari” – “Empoli” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Napoli” səfərdə “Sampdoriya”nı 4 cavabsız qolla məğlub edib. “Roma” da doğma meydanda “Udineze”ni minimal hesabla üstələyib. Paytaxtın digər təmsilçisi “Latsio” isə səfərdə “Torino”ya məğlubiyyətdən son anda xilas olub.

İtaliya A Seriyası, 5-ci tur

21 sentyabr

Bolonya – Cenoa 2:2
Qol
: Hiki, 49. Arnautoviç, 85-pen – Destro, 55. Krişito, 89-pen.

Atalanta – Sassuolo 2:1
Qol
: Qosens, 3; Zappakosta, 37 – Berardi, 44.

Fiorentina – İnter 1:3
Qol
: Sottil, 23 – Darmian, 52. Dzeko, 55. Perişiç, 87.

22 sentyabr

Salernitana – Verona 2:2
Qol
: Qondo, 45+2. Kulibali, 76 – Kaliniç, 7; 29.

Spetsiya – Yuventus 2:3
Qol
: Qyasi, 33. Antiste, 49 – M.Kin, 28. Kyeza, 66. De Liqt, 72.

Kalyari – Empoli 0:2
Qol
: Di Françesko, 29. Stulaç, 69.

Milan – Venetsiya 2:0
Qol
: B.Dias, 68. T.Hernandes, 82.

23 sentyabr

Sampdoriya – Napoli 0:4
Qol
: Osimhen, 10; 50. F.Ruis, 39. Zelinski, 59.

Torino – Latsio 1:1
Qol
: Pyatsa, 76 – İmmobile, 90+1-pen.

Roma – Udineze 1:0
Qol
: Abraham, 36.

Bombardir: Çiro İmmobile (“Latsio”) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button