“Milan” səfərdə uduzdu

İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Bu turda “Yuventus” səfərdə “Breşiya” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşmada Turin təmsilçisi əzmkar qələbəyə sevinib. “Verona” – “Udineze” matçında isə qapılara qol vurulmayıb.

Turnir cədvəlinin vahid lideri “İnter” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib və yenə minimal hesabla üstün olub. “Napoli” isə “Kalyari”ni sınağa çəkib. Neapol klubu ev oyununda məğlubiyyətlə üzləşib.

“Milan” bu turda “Torino” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 5-ci tur

24 sentyabr

Verona – Udineze 0:0

Breşiya – Yuventus 1:2
Qol
: Donnarumma, 4 – Kanselyor, 40-öz qapısına. Pyaniç, 63.

25 sentyabr

Roma – Atalanta 0:2
Qol
: Sapata, 71. De Run, 90.

Fiorentina – Sampdoriya 2:1
Qol
: Petsella, 31. Kyeza, 57 – Bonatsoli, 79.

Cenoa – Bolonya 0:0

İnter – Latsio 1:0
Qol: D`Ambrosio, 23.

Napoli – Kalyari 0:1
Qol
: Kastro, 87.

Parma – Sassuolo 1:0
Qol
: Burabia, 90+5.

SPAL – Leççe 1:3
Qol
: Di Françesko, 17 – Mankosu, 11-pen; 73-pen. Kalderoni, 47.

26 sentyabr

Torino – Milan 2:1
Qol
: Belotti, 72; 76 – Pyontek, 18-pen.

Bombardir: Domeniko Berardi (Sassuolo) – 5 qol.