“Milan”la “Roma” hərəyə 3 qol vurub, 1 xal qazandı

Futbol üzrə İtaliya A Seriyasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Sassuolo” ilə “Torino” komandaları üz-üzə gəlib. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

“İnter” bu turda səfərdə “Cenoa”nın qonağı olub və inamlı qələbəyə sevinib. “Latsio” isə “Bolonya” ilə ev oyunundan qalib ayrılıb. “Atalanta” “Sampdoriya” ilə ev oyununda gözlənilməz məğlubiyyətlə üzləşib.

Bazar günü daha beş qarşılaşma baş tutub. “Kalyari” “Krotone”ni, “Fiorentina” “Udineze”i məğlub yola salıb. Səfərdə “Benevento” ilə qarşılaşan “Napoli” turu qələbə ilə başa vurub. Dörd qolun qeydə alındığı “Parma” – “Spetsiya” görüşündə qalib müəyyənləşməyib. Son çempion “Yuventus” da “Verona” ilə ev oyunundan xal itkisi ilə ayrılıb.

Turun mərkəzi görüşündə “Milan” “Roma”nı qəbul edib. Altı qolun qeydə alındığı bu matçda qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 5-ci tur

23 oktyabr

Sassuolo – Torino 3:3
Qol
: Dyuriçiç, 71. Kirikeş, 84. Kaputo, 85 – Linetti, 33. Belotti, 77. Lukiç, 79.

24 oktyabr

Atalanta – Sampdoriya 1:3
Qol
: Sapata, 70-pen – Kvalyarella, 13. Torsbi, 59. Yankto, 90+2.

Cenoa – İnter 0:2
Qol
: Lukaku, 64. D`Ambrosio, 79.

Latsio – Bolonya 2:1
Qol
: Alberto, 54. İmmobile, 77 – De Silvestri, 90+2.

25 oktyabr

Kalyari – Krotone 4:2
Qol
: Likoyannis, 25. Simeone, 35. Sottil, 45. J.Pedro, 84 – Messias, 21. Molina, 43.

Benevento – Napoli 1:2
Qol
: R.İnsinye, 30 – L.İnsinye, 60. Petanya, 67.

Parma – Spetsiya 2:2
Qol
: Qalyolo, 34. Kuçka, 90+2-pen – Şabot, 28. Aqudelo, 31.

Fiorentina – Udineze 3:2
Qol
: Kastrovilli, 11; 51. Milenkoviç, 21 – Okaka, 43; 86.

Yuventus – Verona 1:1
Qol
: Kuluşevski, 78 – Favalli, 60.

26 oktyabr

Milan – Roma 3:3
Qol
: İbrahimoviç, 2; 79-pen. Salemakers, 47 – Dzeko, 14. Veretu, 71-pen. Kumbulla, 84.

Bombardir: Zlatan İbrahimoviç (Milan) – 6 qol.