“Yuventus” uduzdu, “Milan”la “Roma” qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Açılış matçında “Atalanta” səfərdə “Parma”nın qonağı olub. Üç qolun qeydə alındığı matçda qonaqlar əzmkar qələbəyə seviniblər.

Turun mərkəzi görüşü Milanda keçirilib. “İnter” doğma meydanda “Napoli”ni qəbul edib və inamlı qələbə qazanıb.

Çempion “Yuventus” “Kalyari”nin qonağı olub və məğlubiyyətlə üzləşib. “Latsio” “Breşiya”nı məğlub yola salıbsa, “Milan” səfərdə “Sampdoriya”ya, “Roma” da “Torino”ya qalib gəlib.

İtaliya A Seriyası, 37-ci tur

28 iyul

Parma – Atalanta 1:2
Qol
: Kuluşevski, 43 – Malinovski, 70. A.Qomes, 84.

İnter – Napoli 2:0
Qol
: D`Ambrosio, 11. L.Martines, 74.

29 iyul

Latsio – Breşiya 2:0
Qol
: Korrea, 17. İmmobile, 82.

Sampdoriya – Milan 1:4
Qol
: Askildsen, 87 – İbrahimoviç, 4; 58. H.Çalhanoğlu, 52. Leao, 90+2.

Sassuolo – Cenoa 5:0
Qol
: Traore, 26. Berardi, 40. Kaputo, 66; 77. Raspadori, 74.

Udineze – Leççe 1:2
Qol
: Samir, 36 – Mankosu, 40-pen. Lapadula, 81.

Verona – SPAL 3:0
Qol
: Di Karmine, 7; 11. Faraoni, 47.

Kalyari – Yuventus 2:0
Qol
: Qalyano, 8. Simeone, 45+2.

Fiorentina – Bolonya 4:0
Qol
: Kyeza, 48; 54; 89. Milenkoviç, 74.

Torino – Roma 2:3
Qol
: Berenger, 14. Sinqo, 66 – Dzeko, 15. Smollinq, 23. Diavara, 61-pen.

Bombardir: Çiro İmmobile (Latsio) – 35 qol.