“Yuventus” səfərdən xalsız döndü

Futbol üzrə İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Atalanta” doğma meydanda “Bolonya”nı qəbul edib və minimal hesabla üstün olub. “Milan” isə çətin “Sassuolo” səfərinə yollanıb. Qonaqlar bu görüşdən çətin qələbə ilə ayrılıblar.

“Napoli” bu tur “Parma” ilə qarşılaşıb və səfərdən xalsız dönüb. “İnter” də “Fiorentina” ilə ev oyunundan xal itkisi ilə ayrılıb. “Torino” – “Verona” qarşılaşmasında da qalib müəyyənləşməyib. “Leççe” “Breşiya”nı məğlub yola salıb. “Cenoa” səfərdə “Sampdoriya”dan, “Roma” isə SPAL-dan üstün olub.

Lider “Yuventus” bu turda “Udineze”nin qonağı olub. Qələbə qazanacağı halda çempionluğu rəsmiləşdirmək şansına malik olan Turin təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. “Latsio” isə evdə “Kalyari”dən üstün olub.

İtaliya A Seriyası, 35-ci tur

21 iyul

Atalanta – Bolonya 1:0
Qol
: Muriel, 63.

Sassuolo – Milan 1:2
Qol
: Kaputo, 42 – İbrahimoviç, 19; 45+2.

22 iyul

Parma – Napoli 2:1
Qol
: Kaprari, 45+3-pen. Kuluşevski, 87-pen – İnsinye, 54-pen.

İnter – Fiorentina 0:0

Leççe – Breşiya 3:1
Qol
: Lapadula, 22; 32. Saponara, 70 – Dessena, 63.

Sampdoriya – Cenoa 1:2
Qol
: Qabbyadini, 32 – Krişito, 22-pen. Lerager, 72.

SPAL – Roma 1:6
Qol
: Çerri, 24 – Kaliniç, 10. K.Peres, 38. Kolarov, 47. B.Peres, 52; 75. Zaniolo, 90+1.

Torino – Verona 1:1
Qol
: Zaza, 67 – Borini, 56-pen.

23 iyul

Udineze – Yuventus 2:1
Qol
: Nesterovski, 52. Fofana, 90+1 – De Liqt, 42.

Latsio – Kalyari 2:1
Qol
: Milinkoviç-Saviç, 47. İmmobile, 60 – Simeone, 45.

Bombardir: Çiro İmmobile (Latsio) – 31 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button