“Torino”ya bir qol bəs etdi

Futbol üzrə İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Verona” doğma meydanda “Spetsiya”nı qəbul edib. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Lider “İnter” “Krotone” səfərindən inamlı qələbə ilə dönüb. Son üç turda qələbə qazana bilməyən “Milan” bu dəfə autsayderlər qrupunda yer alan “Benevento”nu sınağa çəkib və iki cavabsız qola sevinib.

Bazar günü baş tutan “Bolonya” – “Fiorentina”, “Napoli” – “Kalyari” və “Sassuolo” – “Atalanta” matçlarında qalib müəyyənləşməyib.

Yeddi qolun qeydə alındığı “Latsio” – “Cenoa” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Paytaxtın digər təmsilçisi “Roma” isə səfərdə “Sampdoriya”ya uduzub.

“Yuventus” da bu turda “Udineze” səfərinə yollanıb. Turin təmsilçisi Kristiano Ronaldonun dublu sayəsində qələbə qazanıb.

“Torino” isə evdə “Parma”nı minimal hesabla üstələyib.

İtaliya A Seriyası, 34-cü tur

1 may

Verona – Spetsiya 1:1
Qol
: Salsedo, 46 – Saponara, 86.

Krotone – İnter 0:2
Qol
: Eriksen, 69. Hakimi, 90+2.

Milan – Benevento 2:0
Qol
: H.Çalhanoğlu, 6. T.Ernandes, 60.

2 may

Latsio – Cenoa 4:3
Qol
: Korrea, 30; 56. İmmobile, 43-pen. L.Alberto, 48 – Maruşiç, 47-öz qapısına. Skamakka, 80. Şomurodov, 81.

Bolonya – Fiorentina 3:3
Qol
: Palasio, 31; 71; 84 – Vlahoviç, 21; 74. Bonaventura, 64.

Napoli – Kalyari 1:1
Qol
: Osimhen, 13 – Nandes, 90+4.

Sassuolo – Atalanta 1:1
Qol
: Berardi, 52 – Qosens, 32.

Udineze – Yuventus 1:2
Qol
: Molina, 10 – Ronaldo, 83-pen; 89.

Sampdoriya – Roma 2:0
Qol
: A.Silva, 45. Yankto, 65.

3 may

Torino – Parma 1:0
Qol
: Voyvoda, 63.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button