“İnter” uduzdu, “Napoli” “Roma”ya qalib gəldi

Futbol üzrə İtaliya A Seriyasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. Lider “Yuventus” turun açılış matçında Turində şəhərin digər komandası “Torino”nu qəbul edib. Beş qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər. “Sassuolo” da “Leççe”ni məğlub yola salıb.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin ikinci sırasında yer alan “Latsio” “Milan”ı qəbul edib. Milanlılar 3 cavabsız qolla üstün olublar.

Paytaxtın digər təmsilçisi “Roma” isə “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə meydan sahibləri üstün olublar. “İnter” doğma meydanda “Bolonya”ya məğlub olub. “Atalanta” səfərdə “Kalyari”yə, “Fiorentina” isə “Parma”ya qalib gəlib. “Breşiya” “Verona”nı, “Sampdoriya” da SPAL-ı məğlub yola salıb. Dörd qolun vurulduğu “Udineze” – “Cenoa” matçında qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 30-cu tur

4 iyul

Yuventus – Torino 4:1
Qol
: Dibala, 3. Kuadrado, 29. Ronaldo, 61. Djidji, 87-öz qapısına – Belotti, 45+6-pen.

Sassuolo – Leççe 4:2
Qol
: Kaputo, 5. Berardi, 63-pen. Boqa, 78. Muldur, 83 – Lusioni, 27. Mankosu, 67-pen.

Latsio – Milan 0:3
Qol
: H.Çalhanoğlu, 23. İbrahimoviç, 34-pen. Rebiç, 59.

5 iyul

İnter – Bolonya 1:2
Qol
: Lukaku, 22 – Juvara, 74. Barrov, 80.

Breşiya – Verona 2:0
Qol
: Papetti, 52. Donnarumma, 90+5.

Kalyari – Atalanta 0:1
Qol
: Muriel, 27-pen.

Parma – Fiorentina 1:2
Qol
: Kuçka, 49-pen – Pulqar, 19-pen; 31-pen.

Sampdoriya – SPAL 3:0
Qol
: Linetti, 12; 45+3. Qabbyadini, 45.

Udineze – Cenoa 2:2
Qol
: Fofana, 44. Lasanya, 73 – Pandev, 81. Pinamonti, 90+6.

Napoli – Roma 2:1
Qol
: Kalyexon, 55. İnsinye, 82 – Mxitaryan, 60.

Bombardir: Çiro İmmobile (Latsio) – 29 qol.