“Verona” “Bolonya”ya da uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında “Empoli” “Venetsiya”nı qəbul edib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü Neapolda keçirilib. İki turdan sonra aktivində qələbə olmayan “Yuventus” “Napoli”nin qonağı olub. Turin təmsilçisi hesabı açdığı bu oyundan da məğlubiyyətlə ayrılıb. “Atalanta” isə doğma meydanda “Fiorentina”ya uduzub.

Son çempion “İnter” “Sampdoriya” səfərinə yollanıb. Milanlılar bu görüşdən xal itkisi ilə ayrılıblar. Bu şəhərin digər təmsilçisi “Milan” isə “Latsio”nu sınağa çəkib və doğma meydanda inamlı qələbəyə sevinib. “Roma” da “Sassuolo”nu məğlub yola salıb.

Turun son matçında “Bolonya” və “Verona” komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

İtaliya A Seriyası, 3-cü tur

11 sentyabr

Empoli – Venetsiya 1:2
Qol
: Bayrami, 89-pen – Henri, 13. Okereke, 68.

Napoli – Yuventus 2:1
Qol
: Politano, 57. Kulibali, 85 – Morata, 10.

Atalanta – Fiorentina 1:2
Qol
: Sapata, 65-pen – Vlahoviç, 33-pen; 49-pen.

12 sentyabr

Sampdoriya – İnter 2:2
Qol
: Yoşida, 32. Auqello, 47 – Dimarko, 18. L.Martines, 44.

Kalyari – Cenoa 2:3
Qol
: J.Pedro, 16-pen. Çeppitelli, 56 – Destro, 59. Fares, 69; 78.

Spetsiya – Udineze 0:1
Qol
: Samardziç, 89.

Torino – Salernitana 4:0
Qol
: Sanabriya, 45. Bremer, 65. Pobeqa, 87. Lukiç, 90+1.

Milan – Latsio 2:0
Qol
: Leao, 45. İbrahimoviç, 67.

Roma – Sassuolo 2:1
Qol
: Kristante, 37. El Şaravi, 90+1 – Dyuriçiç, 57.

13 sentyabr

Bolonya – Verona 1:0
Qol
: Svanberq, 78.

Bombardir: Çiro İmmobile (“Latsio”) – 4 qol.