“Napoli” səfərdə, “Roma” evdə uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Latsio” Turin səfərində “Torino” ilə qarşılaşıb. Hesabı meydan sahiblərinin açdığı qarşılaşmada qələbəni qonaqlar bayram ediblər. Lider “Yuventus” isə aşağı sıralarda yer alan “Cenoa”nın qonağı olub və inamlı qələbəyə sevinib.

“İnter” bu turda “Breşiya”nı sınağa çəkib və 6 cavabsız qola sevinib. Son turda “Roma” üzərində inamlı qələbə qazanan “Milan” bu dəfə SPAL səfərinə yollanıb və məğlubiyyətdən son anda xilas olub.

Cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Atalanta” 29-cu tur çərçivəsində “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar. “Roma” isə “Udineze” ilə ev oyununda məğlubiyyətlə üzləşib.

İtaliya A Seriyası, 29-cu tur

30 iyun

Torino – Latsio 1:2
Qol
: Belotti, 5-pen – İmmobile, 48. Parolo, 72.

Cenoa – Yuventus 1:3
Qol
: Pinamonti, 76 – Dibala, 50. Ronaldo, 57. D.Kosta, 73.

1 iyul

Bolonya – Kalyari 1:1
Qol
: Barrov, 45+3 – Simeone, 46.

İnter – Breşiya 6:0
Qol
: E.Yanq, 5. A.Sançes, 20-pen. D`Ambrosio, 45. Qalyardini, 52. Eriksen, 83. Kandreva, 88.

Fiorentina – Sassuolo 1:3
Qol
: Kutrone, 90 – Defrel, 24; 35. Muldur, 61.

Leççe – Sampdoriya 1:2
Qol
: Mankosu, 50 – Ramires, 40-pen; 75-pen.

Verona – Parma 3:2
Qol
: Di Karmine, 45+3-öz qapısına. Zakkanyi, 54. Pessina, 81 – Kuluşevski, 14. Qalyolo, 64.

SPAL – Milan 2:2
Qol
: Valoti, 13. Flokkari, 30 – Leao, 79. Vikari, 90+4-öz qapısına.

2 iyul

Atalanta – Napoli 2:0
Qol
: Paşaliç, 47. Qosens, 55.

Roma – Udineze 0:2
Qol
: Lasanya, 12. Nesterovski, 78.

Bombardir: Çiro İmmobile (Latsio) – 29 qol.