A Seriyasında iki oyuna 16 qol

İtaliya A Seriyasında 26-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Turun açılış matçında “Latsio” “Bolonya”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Torino” isə “Napoli” səfərinə yollanıb. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Bazar günü daha iki görüş baş tutub. Öncə “Atalanta” səfərdə “Leççe” ilə qarşılaşıb. 9 qolluq oyunda qonaqlar darmadağına imza atıblar. “Roma” isə “Kalyari”nin qonağı olub. Bu oyunda da qapılara 7 qol vurulub və qonaqların qələbəsiylə yekunlaşıb.

Bu turun altı qarşılaşması (“Udineze” – “Fiorentina”, “Milan” – “Cenoa”, “Parma” – SPAL, “Sassuolo” – “Breşiya”, “Yuventus” – “İnter” və “Sampdoriya” – “Verona”) koronavirus epidemiyası səbəbindən təxirə salınıb.

İtaliya A Seriyası, 26-cı tur

29 fevral

Latsio – Bolonya 2:0
Qol
: Alberto, 18. Korrea, 21.

Napoli – Torino 2:1
Qol
: Manolas, 19. Di Lorenso, 82 – Edera, 90+1.

1 mart

Leççe – Atalanta 2:7
Qol
: Saponara, 29. Donati, 40 – Donati, 17-öz qapısına. Sapata, 22; 54; 62. İliçiç, 47. Muriel, 87. Malinovski, 90+1.

Kalyari – Roma 3:4
Qol
: J.Pedro, 28; 89. Q.Pereyro, 75 – Kaliniç, 29; 41. Klyuvert, 64. Kolarov, 81.

Bombardir: Çiro İmmobile (Latsio) – 26 qol.