“Yuventus”la “Milan”dan heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Verona” doğma meydanda “Bolonya” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbəyə seviniblər.

Lider “İnter” bu turda “Venetsiya”nı qəbul edib və əzmkar qələbəyə sevinib. “Atalanta” “Latsio” ilə səfər oyunundan 1 xalla qayıdıb.

“Roma” “Empoli” səfərinə yollanıb. Altı qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Turun mərkəzi görüşü Milanda olub. “Yuventus” burada “Milan”la qarşılaşıb. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər.

İtaliya A Seriyası, 23-cü tur

21 yanvar

Verona – Bolonya 2:1
Qol
: Kaprari, 38. Kaliniç, 85 – Orsolini, 14.

22 yanvar

Cenoa – Udineze 0:0

İnter – Venetsiya 2:1
Qol
: Barella, 40. Dzeko, 90 – Henri, 19.

Latsio – Atalanta 0:0

23 yanvar

Kalyari – Fiorentina 1:1
Qol
: J.Pedro, 47. Sottil, 75.

Napoli – Salernitana 4:1
Qol
: J.Jezus, 17. Mertens, 45+4. Rahmani, 47. İnsinye, 53 – Bonatsoli, 33.

Spetsiya – Sampdoriya 1:0
Qol
: Verde, 69.

Torino – Sassuolo 1:1
Qol
: Sanabriya, 16 – Raspadori, 85.

Empoli – Roma 2:4
Qol
: Pinamonti, 55. Bayrami, 72 – Abraham, 24; 33. S.Oliveyra, 35. Zaniolo, 37.

Milan – Yuventus 0:0

Bombardir: Duşan Vlahoviç (“Fiorentina”), Çiro İmmobile (“Latsio”) – 17 qol.