“Milan” uduzdu, “Napoli” qələbəyə sevindi

Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında “Sampdoriya” doğma meydanda “Torino”nu qəbul edib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. “Latsio” autsayder “Salernitana”nın qonağı olub və 3 cavabsız qolla qalib gəlib. “Yuventus” isə “Udineze”ni sınağa çəkib. Turin təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.

Lider “İnter” bu turda Berqamo səfərində “Atalanta”nın müqavimətini qırmağa çalışıb. Amma tərəflər bu oyundan qolsuz ayrılıblar. “Venetsiya” – “Empoli” matçı da heç-heçə bitib. “Roma” doğma meydanda “Kalyari”ni minimal hesabla üstələyib. “Sassuolo” isə evdə “Verona”ya uduzub.

Sonuncu oyun günündə üç görüş baş tutub. Səfərdə “Bolonya” ilə qarşılaşan “Napoli” inamlı qələbəyə sevinib. “Milan” doğma meydanda autsayderlər qrupunda qərarlaşmış “Spetsiya”ya məğlub olub. “Fiorentina” isə “Cenoa”nı böyük hesabla məğlub edib.

İtaliya A Seriyası, 22-ci tur

15 yanvar

Sampdoriya – Torino 1:2
Qol
: Kaputo, 18 – Sinqo, 27. Praet, 67.

Salernitana – Latsio 0:3
Qol
: İmmobile, 7; 10. Lazzari, 66.

Yuventus – Udineze 2:0
Qol
: Dibala, 19. Makkenni, 79.

16 yanvar

Sassuolo – Verona 2:4
Qol
: Skamakka, 54. Defrel, 67 – Kaprari, 37. Barak, 44; 57; 90+4.

Venetsiya – Empoli 1:1
Qol
: Okereke, 73 – Jurkovski, 26.

Roma – Kalyari 1:0
Qol
: S.Oliveyra, 33-pen.

Atalanta – İnter 0:0

17 yanvar

Bolonya – Napoli 0:2
Qol
: Lozano, 20; 47.

Milan – Spetsiya 1:2
Qol
: Leao, 45+1 – Aqudelo, 64. Qyasi, 90+6.

Fiorentina – Cenoa 6:0
Qol
: Odriosola, 15. Bonaventura, 34. Biraqi, 42; 69. Vlahoviç, 51. Torreyra, 77.

Bombardir: Duşan Vlahoviç (“Fiorentina”) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button