“Yuventus” “Napoli”yə uduzdu, “İnter” xal itirdi

İtaliya A Seriyasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Milan”la “Breşiya” üz-üzə gəlib və minimal hesabla üstün olub.

Şənbə günü üç görüş baş tutub. SPAL doğma meydanda “Bolonya”ya məğlub olub. “Fiorentina” – “Cenoa” matçında qapılara qol vurulmayıb. Səfərdə “Torino” ilə qarşılaşan “Atalanta” isə 7 cavabsız qola sevinib.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan “İnter” bu turda “Kalyari”ni sınağa çəkib və xal itkisi ilə üzləşib.

Turun maraqla gözlənilən qarşılaşmalarından biri paytaxt Romada keçirilib. “Roma” “Olimpiko” stadionunda əzəli rəqibi “Latsio” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də qalib müəyyənləşməyib.

21-ci turun mərkəzi görüşündə lider “Yuventus” Neapol səfərində “Napoli”nin qonağı olub. Üç qolun qeydə alındığı matç Turin klubunun məğlubiyyəti ilə başa çatıb.

İtaliya A Seriyası, 21-ci tur

24 yanvar

Breşiya – Milan 0:1
Qol
: Rebiç, 71.

25 yanvar

SPAL – Bolonya 1:3
Qol
: Petanya, 23-pen – Vikari, 24-öz qapısına. Berrou, 59. Poli, 63.

Fiorentina – Cenoa 0:0

Torino – Atalanta 0:7
Qol
: İliçiç, 17; 53; 54. Qosens, 29. Sapata, 45+1-pen. Muriel, 86-pen; 88.

26 yanvar

İnter – Kalyari 1:1
Qol
: L.Martines, 29 – Naynqqolan, 78.

Parma – Udineze 2:0
Qol
: Qalyolo, 19. Kuluşevski, 34.

Sampdoriya – Sassuolo 0:0

Verona – Leççe 3:0
Qol
: Davidoviç, 19. Pessina, 34. Patsini, 87-pen.

Roma – Latsio 1:1
Qol
: Dzeko, 26 – Açerbi, 34.

Napoli – Yuventus 2:1
Qol
: Zelinski, 63. İnsinye, 86 – Ronaldo, 90.

Bombardir: Çiro İmmobile (Latsio) – 23 qol.