A Seriyasında mövsümə yekun vuruldu

Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında elitayla vidalaşan “Breşiya” “Sampdoriya”nı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib.

İkinci pillə uğrunda mübarizə aparan “Atalanta” “İnter”lə ev oyunundan məğlub ayrılıbsa, “Latsio” da “Napoli”yə uduzub. Çempion “Yuventus” son tur çərçivəsində doğma meydanda “Roma”nı qəbul edib və məğlubiyyətlə üzləşib. “Milan” isə “Kalyari”ni darmadağın edib.

Beləliklə, mövsümün yekunlarına görə “Yuventus” çempion olubsa, “İnter” gümüş, “Atalanta” bürünc medallarla kifayətlənib. Bu komandalarla yanaşı, 4-cü olan “Latsio” da UEFA Çempionlar Liqasında iştirak hüququ qazanıb. “Roma” və “Milan” Avropa Liqasında mübarizə aparacaq.

Son üç pillədə yer alan “Leççe”, “Breşiya” və SPAL isə elita ilə vidalaşıb.

İtaliya A Seriyası, 38-ci tur

1 avqust

Breşiya – Sampdoriya 1:1
Qol
: Torreqrosa, 49-pen – Leris, 41.

Milan – Kalyari 3:0
Qol
: Klavan, 11-öz qapısına. İbrahimoviç, 55. Kastilyexo, 57.

Atalanta – İnter 0:2
Qol
: D`Ambrosio, 1. Yanq, 20.

Yuventus – Roma 1:3
Qol
: İquayn, 5 – Kaliniç, 23. Perotti, 44-pen; 52.

Napoli – Latsio 3:1
Qol
: Ruis, 9. İnsinye, 54. Politano, 90+3 – İmmobile, 22.

2 avqust

SPAL – Fiorentina 1:3
Qol
: D`Alessandro, 39 – Dunkan, 30. Kuame, 89. Pulqar, 90+4-pen.

Bolonya – Torino 1:1
Qol
: Svanberq, 18 – Zaza, 66.

Cenoa – Verona 3:0
Qol
: Sanabriya, 13; 25. Romero, 44.

Leççe – Parma 3:4
Qol
: Barak, 40. Mekkaryello, 45. Lapadula, 69 – Lusioni, 11-öz qapısına. Kaprari, 24. Kornelius, 52. İnqlese, 67.

Sassuolo – Udineze 0:1
Qol
: Okaka, 53.

Bombardir: Çiro İmmobile (Latsio) – 35 qol.