“Parma”dan inamlı qələbə

İtaliya A Seriyasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Kalyari” ilə “Milan” komandaları üz-üzə gəlib. Qonaqlar bu görüşdə iki cavabsız qolla qalib gəliblər.

Son turda “İnter”ə doğma meydanında 1:3 hesabıyla uduzan “Napoli” bu dəfə “Latsio” səfərinə yollanıb və bu oyundan da məğlub ayrılıb. Lider “İnter” isə doğma azarkeşləri qarşısında “Atalanta”nı sınağa çəkib və xal itkisi ilə üzləşib.

Şənbə günü daha altı görüş baş tutub. “Udineze” “Sassuolo”nu, “Fiorentina” SPAL-ı, “Sampdoriya” “Breşiya”nı, “Torino” “Bolonya”nı, “Verona” “Cenoa”nı məğlub yola salıb.

Turun mərkəzi görüşündə isə “Yuventus” “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı matç Turin təmsilçisinin qələbəsiylə bitib.

Sonuncu oyun günündə “Parma” doğma meydanda “Leççe”ni 2 cavabsız qolla məğlub edib.

İtaliya A Seriyası, 19-cu tur

11 yanvar

Kalyari – Milan 0:2
Qol
: Leao, 46. İbrahimoviç, 64.

Latsio – Napoli 1:0
Qol
: İmmobile, 82.

İnter – Atalanta 1:1
Qol
: L.Martines, 4 – Qosens, 75.

12 yanvar

Udineze – Sassuolo 3:0
Qol
: Okaka, 14. Sema, 68. Da Paul, 90+1.

Fiorentina – SPAL 1:0
Qol
: Petsella, 82.

Sampdoriya – Breşiya 5:1
Qol
: Linetti, 34. Yankto, 45+3. Kvalyarella, 69; 90+2. Kaprari, 77 – Çanselyor, 12.

Torino – Bolonya 1:0
Qol
: Berenger, 11.

Verona – Cenoa 2:1
Qol
: Verre, 55. Zakkanyi, 65 – Sanabria, 41.

Roma – Yuventus 1:2
Qol
: Perotti, 68-pen – M.Demiral, 3. Ronaldo, 10-pen.

13 yanvar

Parma – Leççe 2:0
Qol
: Yapokoni, 57. Kornelius, 72.

Bombardir: Çiro İmmobile (Latsio) – 20 qol.