“Yuventus”dan inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Açılış matçında autsayderlər qrupunda yer alan “Torino” səfərdə “Benevento” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Son turda “Yuventus”u məğlub edən “İnter” bu dəfə “Udineze”nin qonağı olub və xal itkisi ilə üzləşib. “Roma” “Spetsiya”nı, “Fiorentina” “Krotone”ni məğlub yola salıb.

Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Lider “Milan” doğma meydanda son turlarda uğursuz çıxış edən “Atalanta” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

Sonuncu oyun günündə beş görüş baş tutub. “Napoli” səfərdə “Verona”nı sınağa çəkib və məğlubiyyətlə üzləşib. Son çempion “Yuventus” isə bu turda “Bolonya”nı qəbul edib. Turin təmsilçisi inamlı qələbəyə sevinib. “Cenoa” “Kalyari”ni, “Latsio” isə “Sassuolo”nu məğlub yola salıb. Səfərdə “Parma” ilə qarşılaşan “Sampdoriya” da inamlı qələbə qazanıb.

İtaliya A Seriyası, 19-cu tur

22 yanvar

Benevento – Torino 2:2
Qol
: Viola, 31-pen. Lapadula, 49 – Zaza, 51; 90+3.

23 yanvar

Roma – Spetsiya 4:3
Qol
: Mayoral, 17; 52. Karsdrop, 55. Pelleqrini, 90+2 – Pikkoli, 24. Farias, 59.

Milan – Atalanta 0:3
Qol
: Romero, 26. İliçiç, 53-pen. Sapata, 77.

Udineze – İnter 0:0

Fiorentina – Krotone 2:1
Qol
: Bonaventura, 20. Vlahoviç, 32 – Simi, 66.

24 yanvar

Yuventus – Bolonya 2:0
Qol
: Artur, 15. Makkenni, 71.

Cenoa – Kalyari 1:0
Qol
: Destro, 10.

Verona – Napoli 3:1
Qol
: Dimarko, 34. Barak, 62. Zakkayni, 79 – Lozano, 1.

Latsio – Sassuolo 2:1
Qol
: Milinkoviç-Saviç, 25. İmmobile, 71 – Kaputo, 6.

Parma – Sampdoriya 0:2
Qol
: Yoşida, 25. B.Keyta, 34.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 15 qol.