“Sampdoriya” səfərdən xalsız döndü

Futbol üzrə İtaliya A Seriyasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Tura “Benevento” – “Atalanta” matçıyla start verilib. Qonaqlar bu görüşdə darmadağına seviniblər. “Cenoa” “Bolonya”nı, lider “Milan” isə “Torino”nu iki cavabsız qolla məğlub edib.

Son turda “Milan”ı səfərdə məğlub edən “Yuventus” bu dəfə “Sassuolo”ya qalib gəlib. Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin ikincisi “İnter” “Roma”nın qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə bir görüş baş tutub. Səfərdə “Spetsiya” ilə qarşılaşan “Sampdoriya” məğlubiyyətlə üzləşib.

İtaliya A Seriyası, 17-ci tur

9 yanvar

Benevento – Atalanta 1:4
Qol
: Sau, 50 – İliçiç, 30. Toloy, 69. Sapata, 71. Muriel, 86.

Cenoa – Bolonya 2:0
Qol
: Zayç, 44. Destro, 55.

Milan – Torino 2:0
Qol
: Leao, 25. Kessye, 36-pen.

10 yanvar

Roma – İnter 2:2
Qol
: Pelleqrini, 17. Mançini, 86 – Şkrinyar, 56. Hakimi, 63.

Verona – Krotone 2:1
Qol
: Kaliniç, 16. Dimarko, 25 – Messias, 55.

Udineze – Napoli 1:2
Qol
: Lasanya, 27 – İnsinye, 15-pen. Bakayoko, 90.

Parma – Latsio 0:2
Qol
: L.Alberto, 55. Kaysedo, 67.

Fiorentina – Kalyari 1:0
Qol
: Vlahoviç, 72.

Yuventus – Sassuolo 3:1
Qol
: Danilo, 51. Remsi, 82. Ronaldo, 90+2 – Defrel, 59.

11 yanvar

Spetsiya – Sampdoriya 2:1
Qol
: Terzi, 20. Nzola, 60-pen – Kandreva, 24.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 15 qol.