“Empoli”dən inamlı qələbə

Futbol üzrə İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Milan” doğma meydanda autsayder “Salernitana”nı qəbul edib və inamlı qələbəyə sevinib.

Lider “Napoli” bu turda “Atalanta” ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb.

Turun mərkəzi görüşü Romada keçirilib. Son çempion “İnter” burada şəhərin eyniadlı komandası ilə qarşılaşıb. Milan təmsilçisi səfərdə darmadağına sevinib.

Bazar günü daha beş qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Spetsiya” – “Sassuolo” matçında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Fiorentina”ya, “Venetsiya” “Verona”ya, “Sampdoriya” isə “Latsio”ya uduzub. “Yuventus” isə “Cenoa” ilə oyunda inamlı qələbəyə sevinib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Kalyari” – “Torino” matçında qalib müəyyənləşməyib. “Empoli” isə doğma meydanda “Udineze”yə qalib gəlib.

İtaliya A Seriyası, 16-cı tur

4 dekabr

Milan – Salernitana 2:0
Qol
: Kessye, 5. Salemakers, 18.

Roma – İnter 0:3
Qol
: H.Çalhanoğlu, 15. Dzeko, 24. Dumfris, 39.

Napoli – Atalanta 2:3
Qol
: Zelinski, 40. Mertens, 47 – Malinovski, 7. M.Demiral, 66. Freuler, 71.

5 dekabr

Bolonya – Fiorentina 2:3
Qol
: Barrou, 42. Hiki, 83 – Maleh, 33. Biraqi, 51. Vlahoviç, 67-pen.

Venetsiya – Verona 3:4
Qol
: Çekkaroni, 12. Çrniqoy, 19. Henri, 28 – Henri, 52-öz qapısına. Kaprari, 65. Simeone, 67; 85.

Spetsiya – Sassuolo 2:2
Qol
: Manay, 35. Qyasi, 48 – Raspadori, 66; 79.

Sampdoriya – Latsio 1:3
Qol
: Qabbyadini, 89 – Saviç, 7. İmmobile, 17; 37.

Yuventus – Cenoa 2:0
Qol
: Kuadrado, 9. Dibala, 82.

6 dekabr

Empoli – Udineze 3:1
Qol
: Stoyanoviç, 49. Bayrami, 59. Pinamonti, 78 – Deulofeu, 22.

Kalyari – Torino 1:1
Qol
: J.Pedro, 53 – Karboni, 31-öz qapısına.

Bombardir: Duşan Vlahoviç (“Fiorentina”) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button