Mübariz Mənsimov azadlıqda!

Bu gün İstanbul Ədliyyə Sarayında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı, “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimovun məhkəməsi keçirilib.

Komanda.az xəbər verir ki, bu barədə Mənsimovun köməkçisi Fidan Quliyeva “facebook” hesabında paylaşım edib. Məhkəmə prosesində şahidlər dindirilib, daha sonra Mənsimova söz verilib. O, ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək bəraətini istəyib. Məhkəmənin qərarına əsasən, Mənsimov ev həbsi şərtiylə azadlığa buraxılıb.

Martın 3-də İstanbul Cümhuriyyət Prokurorluğu iş adamının məhkəmə nəzarəti altında şərti azadlığa buraxılması ilə bağlı vəsatət verib.

Mənsimov ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunmuşdu.