“Qarabağ”ın rəqibi inamlı qələbəyə sevindi

Bu gün İspaniya La Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Eybar” “Kadis”i qəbul edib. Qonaq komanda bu oyunda inamlı qələbə qazanmaqla zirvəyə şərik olub.

Son turda “Barselona”nı məğlub edən “Real”, bu dəfə “Hueska”nı sınağa çəkib və darmadağına sevinib. “Barselona” isə “Alaves” səfərində növbəti xal itkisi ilə üzləşib. “Sevilya” səfərdə “Atletik”ə uduzub. Madrid “Atletiko”su da səfərdə “Osasuna”dan güclü olub.

Bazar günü dörd görüş baş tutub. “Betis” evdə “Elçe”yə qalib gəlibsə, “Qranada” – “Levante” və “Valensiya” – “Xetafe” oyunlarında qalib müəyyənləşməyib. Səfərdə “Selta” ilə qarşılaşan “Real Sosyedad”a isə darmadağınla qalib gələrək liderlyini qoruyub.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Vilyarreal” klubu doğma meydanda “Valyadolid”i qəbul edib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

İspaniya La Liqası, 8-ci tur

30 oktyabr

Eybar – Kadis 0:2
Qol
: Neqredo, 36. Sançes, 39.

31 oktyabr

Real – Hueska 4:1
Qol
: Hazard, 40. Benzema, 45; 90. Valverde, 54 – Ferreyro, 74.

Atletik – Sevilya 2:1
Qol
: Muniain, 76. Sanset, 86 – En Nesiri, 9.

Osasuna – Atletiko 1:3
Qol
: Budimir, 80 – J.Feliks, 43-pen; 69. L.Torreyra, 88.

Alaves – Barselona 1:1
Qol
: Rioxa, 31 – Qrizmann, 63.

1 noyabr

Betis – Elçe 3:1
Qol
: Sanabria, 7. Telyo, 29; 56 – Yosan, 60.

Selta – Real Sosyedad 1:4
Qol
: Aspas, 77-pen – D.Silva, 24. Oyarzabal, 34. V.Xose, 54; 81.

Qranada – Levante 1:1
Qol
: Maçis, 8 – Vezo, 34.

Valensiya – Xetafe 2:2
Qol
: Musah, 22. Soler, 90+6-pen – Kuço, 87. Anxel, 90+5.

2 noyabr

Vilyarreal – Valyadolid 2:0
Qol
: Çukvueze, 21. Torres, 37.

Bombardir: Mikel Oyarsabal (Real Sosyedad) – 5 qol.