“Qarabağ”ın rəqibindən çətin qələbə

İspaniya La Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Vilyarreal” doğma azarkeşləri qarşısında “Betis”i qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Barselona” “Xetafe” səfərinə yollanıb. Kataloniya təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

“Valensiya” səfərdə “Atletik”i, “Qranada” isə doğma meydanda “Leqanes”i minimal hesabla üstələyib.

7-ci turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” öz meydanında lider “Real”la münasibətlərinə aydınlıq gətirib. Paytaxt derbisində qapılara qol vurulmayıb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” isə “Real Sosyedad”la üz-üzə gəlib. Sözügedən komanda bu oyunda çətin qələbəyə sevinib.

İspaniya La Liqası, 7-ci tur

27 sentyabr

Vilyarreal – Betis 5:1
Qol
: Ekambi, 39; 76. Kasorla, 68-pen – Emerson, 48. Moreno, 90+2. Çukvueze, 90+5.

28 sentyabr

Atletik – Valensiya 0:1
Qol
: Çerışev, 27.

Xetafe – Barselona 0:2
Qol
: L.Suares, 41. Junior, 49.

Qranada – Leqanes 1:0
Qol
: Puertas, 28.

Atletiko – Real 0:0

29 sentyabr

Espanyol – Valyadolid 0:2
Qol
: Miçel, 25-pen. Plano, 90+4.

Eybar – Selta 2:0
Qol
: Esposito, 47. Orelyana, 60.

Alaves – Malyorka 2:0
Qol
: L.Peres, 76-pen. Xoselu, 86.

Levante – Osasuna 1:1
Qol
: Hernani, 4 – R.Qarsiya, 57.

Sevilya – Real Sosyedad 3:2
Qol
: Nolito, 18. Okampos, 47. F.Vaskes, 80 – Oyarzabal, 4. Portu, 87.

Bombardir: Gerard Moreno (Vilyarreal) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button