Meydan sahibləri üçün qara gün

İspaniya La Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Malyorka” doğma azarkeşləri önündə “Atletik”i qəbul edib. Tərəflər meydanı qolsuz tərk ediblər.

Madrid “Real”ı bu turda “Levante”ni sınağa çəkib. Paytaxt klubu çətin qələbəyə sevinib. Madridin digər təmsilçisi “Atletiko” isə “Real Sosyedad”la qarşılaşmadan məğlubiyyətlə ayrılıb.

4-cü turun mərkəzi görüşündə “Barselona” “Valensiya”nı sınağa çəkib. Kataloniyalılar bu oyunda darmadağınla qalib gəliblər. “Vilyarreal” da səfərdə “Leqanes”i böyük hesabla məğlub edib.

Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. Onlardan ikisi heç-heçə başa çatdığı halda, üçündə qonaqlar qələbəni bayram ediblər. “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” klubu “Alaves”in qonağı olub və minimal hesabla qələbə qazanıb. “Espanyol” “Eybar”ı, “Qranada” isə “Selta”nı üstələyib.

“Valyadolid” – “Osasuna” və “Betis” – “Xetafe” matçları isə eyni hesabla (1:1) başa çatıb.

İspaniya La Liqası, 4-cü tur

13 sentyabr

Malyorka – Atletik 0:0

14 sentyabr

Real – Levante 3:2
Qol
: Benzema, 25; 31. Kazemiro, 40 – Mayoral, 49. Melero, 75.

Leqanes – Vilyarreal 0:3
Qol
: Moreno, 26; 90+3. Silva, 39-öz qapısına.

Real Sosyedad – Atletiko 2:0
Qol
: Odeqaard, 58. Monreal, 61.

Barselona – Valensiya 5:2
Qol
: Fati, 2. De Yonq, 7. Pike, 51. L.Suares, 61; 82 – Qameyro, 27. M.Qomes, 90+2.

15 sentyabr

Eybar – Espanyol 1:2
Qol
: Ramis, 58 – Ferreyra, 76. Qranero, 79.

Alaves – Sevilya 0:1
Qol
: Jordan, 37.

Selta – Qranada 0:2
Qol
: Sançes, 45+6. Herrera, 54.

Valyadolid – Osasuna 1:1
Qol
: Hervias, 65 – İbanes, 81.

Betis – Xetafe 1:1
Qol
: Xoakin, 73-pen – Mata, 15-pen.

Bombardir: Gerard Moreno (Vilyarreal) – 5 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button