“Xetafe”dən ardıcıl dördüncü məğlubiyyət

Futbol üzrə İspaniya La Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Tura “Levante” – “Rayo Valyekano” matçıyla start verilib. Bu oyunda qalib müəyyənləşməyib. Günün digər oyununda Bilbao təmsilçisi “Atletik” doğma meydanda “Malyorka”nı 2 cavabsız qolla məğlub edib.

Lider “Real” bu turda “Selta” ilə qarşılaşıb. Madrid təmsilçisi yeddi qolun qeydə alındığı bu oyunda darmadağına sevinib. Madridin digər təmsilçiis “Atletiko” isə Kataloniya səfərində “Espanyol” üzərində əzmkar qələbə qazanıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. Əvvəlki üç oyunundan məğlub ayrılmış “Xetafe”, bu dəfə də evdə “Elçe”yə uduzub. Üç qolun qeydə alındığı “Qranada” – “Betis” matçı da qonaqların qələbəsiylə yekunlaşıb.

Turun “Vilyarreal” – “Alaves” və “Sevilya” – “Barselona” matçları təxirə salınıb. Buna səbəb bu klubların futbolçularının DÇ-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar millinin düşərgəsindən gec qayıtmasıdır.

İspaniya La Liqası, 4-cü tur

11 sentyabr

Levante – Rayo Valyekano 1:1
Qol
: Marti, 39-pen – Qvardiola, 90+2.

Atletik – Malyorka 2:0
Qol
: Vivian, 68. Uilyams, 74.

12 sentyabr

Espanyol – Atletiko 1:2
Qol
: De Tomas, 40 – Karrasko, 79. Lemar, 90+9.

Osasuna – Valensiya 1:4
Qol
: Monkayola, 8 – M.Qomes, 26. A.Hernandes, 51-öz qapısına. Quedes, 55. Alderete, 73.

Kadis – Real Sosyedad 0:2
Qol
: Oyarzabal, 71; 84-pen.

Real – Selta 5:2
Qol
: Benzema, 24; 46; 87. Vinisius, 54. Kamavinqa, 72 – Mina, 4. Çervi, 31.

13 sentyabr

Xetafe – Elçe 0:1
Qol
: L.Peres, 69.

Qranada – Betis 1:2
Qol
: L.Suares, 66 – Rodri, 45+2. Kanales, 89.

Bombardir: Kərim Benzema (“Real”) – 5 qol.