“Sevilya” 3 xalı tək qolla qazandı

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Atletiko” öz meydanında “Malyorka”nı qəbul edib. Madrid təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

Şənbə günü daha üç qarşılaşma baş tutub. “Selta” – “Betis” matçında qalib müəyyənləşməyib. “Valyadolid” “Alaves”i minimal hesabla üstələyib. Dörd qolun qeydə alındığı “Qranada” – “Valensiya” matçında da heç-heçə qeydə alınıb.

Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Barselona” bu turda çətin “Vilyarreal” səfərinə yollanıb və darmadağına sevinib. Lider “Real” isə Bilbaoda “Atletik”in qonağı olub və minimal hesabla üstün olub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Levante” – “Real Sosyedad” matçında qalib müəyyənləşməyib. “Sevilya” isə “Eybar”la ev oyunundan minimal hesabla qalib ayrılıb.

İspaniya La Liqası, 34-cü tur

3 iyul

Atletiko – Malyorka 3:0
Qol
: Morata, 29-pen; 45+4. Koke, 79.

4 iyul

Selta – Betis 1:1
Qol
: Nolito, 22 – Feddal, 79.

Valyadolid – Alaves 1:0
Qol
: J.Fernandes, 88.

Qranada – Valensiya 2:2
Qol
: C.Fernandes, 61-pen. Fede, 86 – Valyexo, 63. Quedes, 68.

5 iyul

Atletik – Real 0:1
Qol
: Ramos, 73-pen.

Espanyol – Leqanes 0:1
Qol
: Silva, 53.

Osasuna – Xetafe 0:0

Vilyarreal – Barselona 1:4
Qol
: Moreno, 14 – Torres, 3-öz qapısına. Suares, 20. Qrizmann, 45. Fati, 86.

6 iyul

Levante – Real Sosyedad 1:1
Qol
: Morales, 16 – İsak, 12.

Sevilya – Eybar 1:0
Qol
: Okampos, 56.

Bombardir: Lionel Messi (Barselona) – 22 qol.