La Liqada meydan sahiblərinin günü

Futbol üzrə İspaniya La Liqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Son turda “Barselona” ilə oyunda qolsuz bərabərə qalan “Sevilya” səfərdə “Vilyarreal”ın qonağı olub. Dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib. “Leqanes” isə “Qranada” ilə üz-üzə gəlib. Bu oyun da qolsuz başa çatıb.

Madrid “Atletiko”su isə bu turda “Levante”ni sınağa çəkib və səfərdə minimal hesabla üstün olub. “Valyadolid” – “Xetafe” matçında qalib müəyyənləşməyib. Ötən tur xal itkisi ilə üzləşən “Barselona” isə bu dəfə “Atletik”i minimal hesabla üstələyib.

“Real” bu turda “Malyorka”nı qəbul edib. İnamlı qələbə qazanan Madrid təmsilçisi liderliyini qoruyub.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Eybar” doğma meydanda “Valensiya”nı, “Betis” isə “Espanyol”u minimal hesabla üstələyib.

İspaniya La Liqası, 31-ci tur

22 iyun

Vilyarreal – Sevilya 2:2
Qol
: Alkaser, 18. Torres, 45+4 – Eskudero, 39. El Haddadi, 63.

Leqanes – Qranada 0:0

23 iyun

Levante – Atletiko 0:1
Qol
: B.Qonsales, 15-öz qapısına.

Valyadolid – Xetafe 1:1
Qol
: E.Ünal, 45+5-pen – Mata, 41.

Barselona – Atletik 1:0
Qol
: Rakitiç, 71.

24 iyun

Alaves – Osasuna 0:1
Qol
: Lato, 64.

Real Sosyedad – Selta 0:1
Qol
: Aspas, 45-pen.

Real – Malyorka 2:0
Qol
: Vinisius, 19. S.Ramos, 56.

25 iyun

Eybar – Valensiya 1:0
Qol
: Kondoqbiya, 16-öz qapısına.

Betis – Espanyol 1:0
Qol
: Bartra, 48.

Bombardir: Lionel Messi (Barselona) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button