“Real Sosyedad”la “Atletik”dən heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Levante” doğma meydanda “Hueska”nı qəbul edib. Qonaqlar bu oyunda inamlı qələbə qazanıblar.

Şənbə günü daha üç qarşılaşma baş tutub. Səfərdə “Qranada” ilə qarşılaşan “Vilyarreal” 3 xalı 3 cavabsız qolla qazanıb. “Real” doğma meydanda “Eybar” üzərində inamlı qələbəyə sevinib. “Osasuna” – “Xetafe” görüşündə isə qapılara qol vurulmayıb.

Bazar günü dörd qarşılaşma baş tutub. “Alaves” doğma meydanda “Selta”ya məğlub olub. “Elçe” – “Betis” matçı bərabərliklə yekunlaşıbsa, “Valensiya” səfərdə “Kadis”ə uduzub. Lider “Atletiko” isə bu turda çətin “Sevilya” səfərinə yollanıb. Madrid təmsilçisi bu görüşdə minimal hesabla məğlub olub.

“Barselona” bu turda “Valyadolid”i sınağa çəkib. Kataloniya təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Turun son matçı aprelin 7-də keçirilib. “Real Sosyedad” doğma meydanda Bilbao “Atletik”inin müqavimətini qırmağa çalışıb. Lakin tərəflər sonda meydanı 1 xalla tərk ediblər.

İspaniya La Liqası, 29-cu tur

2 aprel

Levante – Hueska 0:2
Qol
: Mir, 15; 54.

3 aprel

Qranada – Vilyarreal 0:3
Qol
: Moreno, 9-pen; 18; 60-pen.

Real – Eybar 2:0
Qol
: Asensio, 41. Benzema, 73.

Osasuna – Xetafe 0:0

4 aprel

Alaves – Selta 1:3
Qol
: Lejen, 86 – Nolito, 8. Aspas, 14. Mina, 20.

Elçe – Betis 1:1
Qol
: Milla, 36 – İqlesias, 14-pen.

Kadis – Valensiya 2:1
Qol
: Kala, 14. Mauro, 88 – Qameyro, 19.

Sevilya – Atletiko 1:0
Qol
: Akunya, 70.

5 aprel

Barselona – Valyadolid 1:0
Qol
: Dembele, 90.

7 aprel

Real Sosyedad – Atletik 1:1
Qol
: R.Lopes, 89 – Vilyalibre, 85.

Bombardir: Lionel Messi (Barselona) – 23 qol.