“Real” doğma meydanda xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında ötən tur səfərdə “Atletiko”nu məğlub edən “Levante” “Atletik”i qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Eybar” – “Hueska” matçında qalib müəyyənləşməyib. “Alaves” evdə “Osasuna”ya minimal hesabla uduzub. Səfərdə “Xetafe” ilə qarşılaşan “Valensiya” isə bu dəfə böyük hesabla məğlub olub.

Turnir cədvəlinin 3-cü pilləsində yer alan “Barselona” çətin “Sevilya” səfərinə yollanıb. Kataloniya təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.

Lider “Atletiko” “Vilyarreal”ın qonağı olub və inamlı qələbəyə sevinib.

“Real” isə “Real Sosyedad”ı qəbul edib. Madrid klubu doğma meydanda məğlubiyyətdən son anda qurtulub.

İspaniya La Liqası, 25-ci tur

26 fevral

Levante – Atletik 1:1
Qol
: Rocer, 33-pen – R.Qarsiya, 56-pen.

27 fevral

Eybar – Hueska 1:1
Qol
: Diop, 83 – Ramires, 81.

Sevilya – Barselona 0:2
Qol
: Dembele, 29. Messi, 85.

Alaves – Osasuna 0:1
Qol
: Barxa, 77.

Xetafe – Valensiya 3:0
Qol
: Arambarri, 39. Mata, 55. Alena, 87.

28 fevral

Selta – Valyadolid 1:1
Qol
: Murilyo, 90+4 – Orelyana, 70.

Kadis – Betis 0:1
Qol
: Xuanmi, 84.

Qranada – Elçe 2:1
Qol
: Kina, 31. Puertas, 79 – Boye, 40.

Vilyarreal – Atletiko 0:2
Qol
: Pedrasa, 25-öz qapısına. J.Feliks, 69.

1 mart

Real – Real Sosyedad 1:1
Qol
: J.Vinisius, 89 – Portu, 55.

Bombardir: Lionel Messi (Barselona) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button