“Barselona” qalib gəldi, “Real” xal itirdi

Futbol üzrə İspaniya La Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Betis” səfərdə “Espanyol”un qonağı olub. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağına seviniblər.

Dörd qolun qeydə alındığı “Sevilya” – “Selta” matçında qalib müəyyənləşməyib. “Levante” evdə “Kadis”ə uduzub. “Vilyarreal” isə “Malyorka”nı darmadağınla yola salıb. Son turlarda uğursuz çıxış edən Madridin “Atletiko” komandası bu dəfə “Valensiya”nı qəbul edib. Meydan sahibləri bu oyundan qalib ayrılıblar.

“Real” “Elçe”ni qəbul edib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. “Barselona” isə səfərdə “Alaves”in qonağı olub və minimal hesabla qalib gəlib.

İspaniya La Liqası, 22-ci tur

21 yanvar

Espanyol – Betis 1:4
Qol
: De Tomas, 14 – B.İqlesias, 31; 53. J.Rodriqes, 36. V.Xose, 76.

22 yanvar

Levante – Kadis 0:2
Qol
: Neqredo, 34. S.Sançes, 73.

Vilyarreal – Malyorka 3:0
Qol
: Russo, 12-öz qapısına. Triqeros, 34. Parexo, 87.

Sevilya – Selta 2:2
Qol
: P.Qomes, 71. Torres, 74 – Çervi, 37. Aspas, 40.

Atletiko – Valensiya 3:2
Qol
: Kunya, 64. Korrea, 90+1. Hermoso, 90+3 – Musah, 25. Duro, 44.

23 yanvar

Qranada – Osasuna 0:2
Qol
: D.Qarsiya, 64. K.Qarsiya, 89.

Real – Elçe 2:2
Qol
: Modriç, 82-pen. Militao, 90+2 – Boye, 42. Milla, 76.

Rayo Valyekano – Atletik 0:1
Qol
: Serrano, 30.

Real Sosyedad – Xetafe 0:0

Alaves – Barselona 0:1
Qol
: De Yonq, 87.

Bombardir: Kərim Benzema (“Real”) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button