“Betis”ə qələbə üçün bir qol bəs etdi

Futbol üzrə İspaniya La Liqasında 21-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında autsayder “Hueska” səfərdə “Valyadolid”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd görüş baş tutub. Səfərdə “Eybar”la qarşılaşan “Sevilya” inamlı qələbəyə sevinib. “Valensiya” “Elçe”ni minimal hesabla məğlub yola salıb. “Vilyarreal” isə “Real Sosyedad”la ev oyununda qələbəni son anda əldən verib. “Real” da doğma meydanda “Levante”ni sınağa çəkib. Madrid təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.

Bazar günü baş tutan “Xetafe” – “Alaves” və “Qranada” – “Selta” oyunlarında qapılara qol vurulmayıb.

Lider “Atletiko” bu tur çərçivəsində “Kadis” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. Son turda “Elçe”ni məğlub edən “Barselona” isə bu dəfə “Atletik”i məğlub yola salıb.

Sonuncu oyun günündə “Betis” “Osasuna”nı minimal hesabla üstələyib.

İspaniya La Liqası, 21-ci tur

29 yanvar

Valyadolid – Hueska 1:3
Qol
: Toni, 90+3 – Mir, 37; 50; 57.

30 yanvar

Eybar – Sevilya 0:2
Qol
: Okampos, 28-pen. Cordan, 55.

Real – Levante 1:2
Qol
: Asensio, 13 – Morales, 32. Rocer, 78.

Valensiya – Elçe 1:0
Qol
: Vass, 22.

Vilyarreal – Real Sosyedad 1:1
Qol
: Parexo, 3 – İsak, 90+3.

31 yanvar

Xetafe – Alaves 0:0

Kadis – Atletiko 2:4
Qol
: Neqredo, 35. 71 – L.Suares, 28; 50-pen. Saul, 44. Koke, 88.

Qranada – Selta 0:0

Barselona – Atletik 2:1
Qol
: Messi, 20. Qrizmann, 75 – Alba, 49-öz qapısına.

1 fevral

Betis – Osasuna 1:0
Qol
: B.İqlesias, 79.

Bombardir: Luis Suares (Atletiko) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button