Luis Suaresin dublu “Atletiko”ya qələbə qazandırdı

Futbol üzrə İspaniya La Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib. “Valyadolid” “Elçe”ni, “Kadis” “Levante”ni sınağa çəkib. Hər ikisində dörd qolun qeydə alındığı bu oyunlarda qalib müəyyənləşməyib. Turnir cədvəlinin 5-ci sırasında qərarlaşan “Sevilya” bu turda səfərdə “Alaves”lə üz-üzə gəlib və çətin qələbəyə sevinib.

Yanvarın 20-də daha üç görüş baş tutub. “Xetafe” “Hueska”yla, “Betis” isə “Selta” ilə ev oyunundan qalib ayrılıb. Dörd qolun qeydə alındığı “Vilyarreal” – “Qranada” görüşü də heç-heçə bitib.

Lider “Atletiko” “Eybar”ın qonağı olub və əzmkar qələbəyə sevinib. “Valensiya” isə “Osasuna”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib.

“Real”, “Atletik”, “Real Sosyedad” və “Barselona” bu turun görüşlərini superkubok oyunlarına görə daha əvvəl keçirib.

İspaniya La Liqası, 19-cu tur

19 yanvar

Valyadolid – Elçe 2:2
Qol
: Miçel, 71. Fernandes, 89 – Xosan, 9; 43.

Kadis – Levante 2:2
Qol
: Perea, 4. Kala, 28 – Rocer, 8; 11.

Alaves – Sevilya 1:2
Qol
: Mendes, 12 – En Nesiri, 3. Suso, 30.

20 yanvar

Xetafe – Hueska 1:0
Qol
: Arambarri, 69.

Betis – Selta 2:1
Qol
: Kanales, 25; 44 – Mina, 15.

Vilyarreal – Qranada 2:2
Qol
: Pena, 29. Qomes, 65-pen – Soldado, 21. Kenedi, 75.

21 yanvar

Valensiya – Osasuna 1:1
Qol
: U.Qarsiya, 69-öz qapısına – Kalyeri, 42.

Eybar – Atletiko 1:2
Qol
: Dmitroviç, 12-pen – L.Suares, 40; 89-pen.

Bombardir: Luis Suares (Atletiko), Lionel Messi (Barselona) – 11 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button