La Liqada qonaqların günü

Futbol üzrə İspaniya La Liqasında 18-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Tura “Selta” – “Vilyarreal” matçıyla start verilib. Qonaqlar bu görüşdə 4 cavabsız qola seviniblər.

Lider “Atletiko” bu tur çərçivəsində “Atletik”i qəbul etməli olsa da, bu görüş güclü qar yağışı ilə əlaqədar təxirə salınıb. “Real” “Osasuna”nın qonağı olub və xal itkisi ilə üzləşib. “Barselona” isə “Qranada” ilə səfər matçında darmadağına sevinib.

Bazar günü “Levante” “Eybar”ı, “Kadis” isə “Alaves”i məğlub yola salıb. Səfərdə “Valyadolid”lə qarşılaşan “Valensiya” da səfərdə minimal hesabla qalib gəlib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Elçe” doğma meydanda “Xetafe”yə, “Hueska” isə “Betis”ə məğlub olub.

İspaniya La Liqası, 18-ci tur

8 yanvar

Selta – Vilyarreal 0:4
Qol
: Moreno, 5. M.Qomes, 14. Parexo, 19. Nino, 31.

9 yanvar

Sevilya – Real Sosyedad 3:2
Qol
: En Nesiri, 4; 7; 46 – D.Karlos, 5-öz qapısına. İsak, 14.

Atletiko – Atletik matçı təxirə salınıb

Qranada – Barselona 0:4
Qol
: Qrizmann, 12; 63. Messi, 35; 42.

Osasuna – Real 0:0

10 yanvar

Levante – Eybar 2:1
Qol
: Melero, 65. Morales, 76 – İnui, 51.

Kadis – Alaves 3:1
Qol
: Aleks, 15. Lozano, 56. Neqredo, 68 – Xoselu, 23-pen.

Valyadolid – Valensiya 0:1
Qol
: Soler, 76.

11 yanvar

Elçe – Xetafe 1:3
Qol
: Quti, 4 – Kuku, 39. Mata, 69. Anxel, 86-pen.

Hueska – Betis 0:2
Qol
: Mandi, 78. Sanabria, 90+4.

Bombardir: Lionel Messi (Barselona) – 11 qol.