“Atletik” səfərdən 1 xalla döndü

Futbol üzrə İspaniya La Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Qranada” və “Alaves” komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Sevilya” bu turda “Vilyarreal”ı qəbul edib və minimal hesabla qalib gəlib. “Atletiko” isə “Malyorka” ilə üz-üzə gəlib. Madrid təmsilçisi üç qolun vurulduğu bu görüşdən məğlubiyyətlə ayrılıb.

Ötən turda “Vilyarreal”ı məğlub edən “Barselona”nın budəfəki rəqibi “Betis” olub. Kataloniya təmsilçisi də doğma meydanda məğlubiyyətə üzülüb. Lider “Real” isə çətin “Real Sosyedad” səfərindən inamlı qələbə ilə dönüb.

Bazar günü dörd görüş baş tutub. “Levante” – “Osasuna” matçında qapılara qol vurulmayıb. “Rayo Valyekano” “Espanyol”u, “Elçe” “Kadis”i məğlub yola salıb. Üç qolun qeydə alındığı “Selta” – “Valensiya” matçında isə qonaqlar qalib gəliblər.

Turun qapanış matçında “Atletik” “Xetafe” ilə səfər matçından heç-heçə ilə ayrılıb.

İspaniya La Liqası, 16-cı tur

3 dekabr

Qranada – Alaves 2:1
Qol
: Puertas, 14. Arias, 86 – Abram, 81-öz qapısına.

4 dekabr

Sevilya – Vilyarreal 1:0
Qol
: Okampos, 16.

Barselona – Betis 0:1
Qol
: Xuanmi, 79.

Atletiko – Malyorka 1:2
Qol
: Kunya, 68 – Russo, 80. Kubo, 90+1.

Real Sosyedad – Real 0:2
Qol
: Vinisius, 47. Yoviç, 57.

5 dekabr

Rayo Valyekano – Espanyol 1:0
Qol
: Kabrera, 54-öz qapısına.

Elçe – Kadis 3:1
Qol
: Fidel, 13-pen. Morente, 75. Xosan, 90+3 – A.Fernandes, 90+1.

Levante – Osasuna 0:0

Selta – Valensiya 1:2
Qol
: Aspas, 11 – Duro, 19. Qomes, 53.

6 dekabr

Xetafe – Atletik 0:0

Bombardir: Kərim Benzema (“Real”) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button