Turun son matçında heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Atletik” doğma meydanda “Qranada”nı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Barselona” komandası bu turda çətin “Vilyarreal” səfərinə yollanıb. Kataloniya təmsilçisi turu inamlı qələbə ilə başa vurub.

Madrid “Atletiko”sunun rəqibi “Kadis” olub. Madrid təmsilçisi darmadağına sevinib. Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider “Real” “Sevilya” ilə ev oyunundan əzmkar qələbə ilə ayrılıb.

Turun son matçında “Osasuna” ilə “Elçe” qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

İspaniya La Liqası, 15-ci tur

26 noyabr

Atletik – Qranada 2:2
Qol
: R.Qarsiya, 10. Maksimiano, 76-öz qapısına – Maçis, 25. Molina, 34.

27 noyabr

Alaves – Selta 1:2
Qol
: Xoselu, 21 – Mina, 11. Aspas, 70.

Valensiya – Rayo Valyekano 1:1
Qol
: Soler, 19-pen – Palazon, 64.

Malyorka – Xetafe 0:0

Vilyarreal – Barselona 1:3
Qol
: Çukvueze, 76 – De Yonq, 48. Depay, 88. Koutinyo, 90+4-pen.

28 noyabr

Betis – Levante 3:1
Qol
: Xuanmi, 54; 63; 78 – Mustafi, 7.

Espanyol – Real Sosyedad 1:0
Qol
: Herrera, 77.

Kadis – Atletiko 1:4
Qol:
Lozano, 86 – Lemar, 56. Qrizmann, 70. Korrea, 76. Kunya, 86.

Real – Sevilya 2:1
Qol
: Benzema, 32. Vinisius, 87 – Mir, 12.

29 noyabr

Osasuna – Elçe 1:1
Qol
: Budimir, 7-pen – Fidel, 19.

Bombardir: Kərim Benzema (Real) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button