“Rayo Valyekano”dan inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Atletik” səfərdə “Levante” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Selta” – “Vilyarreal” və “Sevilya” – “Alaves” matçlarında qalib müəyyənləşməyib.

Son çempion “Atletiko” bu turda doğma meydanda “Osasuna”nı qəbul edib. Madrid təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Baş məşqçi postuna Xavini gətirən “Barselona”nın rəqibi isə Kataloniyanın digər təmsilçisi “Espanyol” olub. Derbidə də meydan sahibləri 3 xalı tək qolla qazanıblar.

Bazar günü daha dörd görüş baş tutub. “Real Sosyedad” – “Valensiya” matçında qapılara qol vurulmayıb. “Xetafe” doğma meydanda “Kadis”i darmadağın edibsə, “Betis” də səfərdə “Elçe”yə böyük hesabla qalib gəlib. Səfərdə “Qranada” ilə qarşılaşan “Real” da turu darmadağınla başa vurub.

Turun son matçında “Rayo Valyekano” doğma meydanda “Malyorka”ya qalib gəlib.

İspaniya La Liqası, 14-cü tur

19 noyabr

Levante – Atletik 0:0

20 noyabr

Selta – Vilyarreal 1:1
Qol
: Mendes, 72 – Moreno, 27.

Sevilya – Alaves 2:2
Qol
: Okampos, 38. Rakitiç, 90+2 – Laquardiya, 5. Xoselu, 45+7-pen.

Atletiko – Osasuna 1:0
Qol
: Felipe, 87.

Barselona – Espanyol 1:0
Qol
: Depay, 48-pen.

21 noyabr

Xetafe – Kadis 4:0
Qol
: Oliveyra, 7. Kuenka, 60. E.Ünal, 81. Mata, 90+4.

Qranada – Real 1:4
Qol
: Suares, 34 – Asensio, 19. Naço, 25. Vinisius, 56. Mendi, 76.

Elçe – Betis 0:3
Qol
: Xuanmi, 12. V.Xose, 24. N.Fekir, 27.

Real Sosyedad – Valensiya 0:0

22 noyabr

Rayo Valyekano – Malyorka 3:1
Qol
: S.Qvardiola, 16. A.Qarsiya, 20. Trexo, 63-pen – Prats, 89.

Bombardir: Kərim Benzema (Real) – 10 qol.