“Atletiko” da “Barselona”nın aqibətini yaşadı

Futbol üzrə İspaniya La Liqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında Bilbao “Atletik”i “Kadis”i qəbul edib və minimal hesabla uduzub.

“Barselona” bu turda “Selta” səfərinə yollanıb. Kataloniya təmsilçisi bu oyunda qələbəni əldən verib. “Real” isə “Rayo Valyekano”nu məğlub yola salıb.

Sonuncu oyun günündə beş qarşılaşma baş tutub. “Vilyarreal” “Xetafe”ni məğlub yola salıb.

Lider “Real Sosyedad” səfərdə “Osasuna”ya, “Sevilya” isə “Betis”ə qalib gəlib.

Dörd qolun qeydə alındığı “Malyorka” – “Elçe” matçında qalib müəyyənləşməyib.

Turun mərkəzi görüşündə son çempion “Atletiko” səfərdə “Valensiya”nın qonağı olub. Madrid təmsilçisi 6 qolluq bu oyunun son dəqiqələrində buraxdığı toplar sayəsində qələbəni əldən verib.

İspaniya La Liqası, 13-cü tur

5 noyabr

Atletik – Kadis 0:1
Qol
: S.Sançes, 6.

6 noyabr

Espanyol – Qranada 2:0
Qol
: Pedrosa, 30. De Tomas, 42.

Selta – Barselona 3:3
Qol
: Aspas, 52; 90+6. Nolito, 74 – Fati, 5. Buskets, 18. Depay, 34.

Alaves – Levante 2:1
Qol
: Xoselu, 77-pen; 90+1 – De Frutos, 13.

Real – Rayo Valyekano 2:1
Qol
: Kroos, 14. Benzema, 38 – Falkao, 77.

7 noyabr

Vilyarreal – Xetafe 1:0
Qol
: Triqeros, 10.

Valensiya – Atletiko 3:3
Qol
: Saviç, 50-öz qapısına. Duro, 90+2; 90+6 – L.Suares, 35. Qrizmann, 58. Vrsalko, 62.

Malyorka – Elçe 2:2
Qol
: Sevilya, 72-pen. Maffeo, 90+5 – Boye, 68; 75.

Osasuna – Real Sosyedad 0:2
Qol
: Merino, 72. Yanuzay, 82-pen.

Betis – Sevilya 0:2
Qol
: Akuna, 55. Belyerin, 81-öz qapısına.

Bombardir: Kərim Benzema (Real) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button