“Real Sosyedad” “Qranada”ya səfərdə qalib gəldi

İspaniya La Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub.

Lider “Barselona” bu turda “Levante” səfərinə yollanıb və gözlənilməz məğlubiyyətlə üzləşib. “Real” isə “Betis”i sınağa çəkib. Madrid təmsilçisi də doğma meydanda xal itkisi ilə üzləşib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sevilya” “Atletiko” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma heç-heçə yekunlaşıb. “Valensiya” da səfərdə “Espanyol”dan güclü olub.

Sonuncu oyun günündə 6 qarşılaşma baş tutub. “Vilyarreal” – “Atletik” matçında qapılara qol vurulmayıb. “Valyadolid” “Malyorka”nı, “Osasuna” isə “Alaves”i məğlub yola salıb. “Selta” evdə “Xetafe”yə, “Leqanes” “Eybar”a, “Qranada” isə “Real Sosyedad”a uduzub.

İspaniya La Liqası, 12-ci tur

2 noyabr

Espanyol – Valensiya 1:2
Qol
: Roka, 31-pen – Parexo, 69-pen. M.Qomes, 80.

Levante – Barselona 3:1
Qol
: Kampana, 61. Mayoral, 63. Radoxa, 68 – Messi, 38-pen.

Sevilya – Atletiko 1:1
Qol
: F.Vaskes, 28 – Morata, 60.

Real – Betis 0:0

3 noyabr

Valyadolid – Malyorka 3:0
Qol
: Fernandes, 40. E.Ünal, 50-pen. Ramires, 90+4.

Vilyarreal – Atletik 0:0

Osasuna – Alaves 4:2
Qol
: R.Qarsiya, 20. Avila, 26. R.Torres, 45+6-pen. Vilyar, 55-pen – Laquardiya, 27. L.Peres, 51.

Selta – Xetafe 0:1
Qol
: Kenedi, 37.

Leqanes – Eybar 1:2
Qol
: En Nesiri, 6 – Çarles, 17. Kike, 84.

Qranada – Real Sosyedad 1:2
Qol
: Vadilo, 36 – Portu, 21; 89.

Bombardir: Gerard Moreno (Vilyarreal) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button