Son oyunda heç-heçə

Futbol üzrə İspaniya La Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Atletik” doğma meydanda “Selta”nı sınağa çəkib. Görüş qonaqların qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd görüş baş tutub. “Levante” “Xetafe”ni darmadağınla yola salıb. “Atletiko” da “Valyadolid”lə ev oyununda inamlı qələbəyə sevinib. Turun mərkəzi görüşündə “Real” səfərdə “Sevilya” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda minimal hesabla üstün olub. “Barselona” isə “Kadis”in qonağı olub və məğlubiyyətlə üzləşib.

Bazar günü daha dörd görüş keçirilib. Səfərdə “Osasuna” ilə qarşılaşan “Betis” inamlı qələbəyə sevinib.

Altı qolun qeydə alındığı “Qranada” – “Hueska” matçında qalib müəyyənləşməyib.

Lider “Real Sosyedad” bu tur çərçivəsində “Alaves” səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb. Nəticədə liderlik Madrid “Atletiko”suna keçib. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Vilyarreal” da “Elçe” ilə oyundan qolsuz bərabərliklə ayrılıb.

Sonuncu oyun günündə “Eybar” “Valensiya” ilə ev oyununda qolsuz heç-heçəyə razılaşıb.

İspaniya La Liqası, 12-ci tur

4 dekabr

Atletik – Selta 0:2
Qol
: Mallo, 61. Aspas, 78.

5 dekabr

Levante – Xetafe 3:0
Qol
: Rocer, 5. Qomes, 17. De Frutos, 57.

Sevilya – Real 0:1
Qol
: Bono, 55-öz qapısına.

Atletiko – Valyadolid 2:0
Qol
: Lemar, 56. Lyorente, 72.

Kadis – Barselona 2:1
Qol
: Ximenes, 8. Neqredo, 63 – Alkala, 57-öz qapısına.

6 dekabr

Qranada – Hueska 3:3
Qol
: Suares, 43. Molina, 88. Sançes, 90 – Riko, 21. Qarsiya, 49. Okazaki, 82.

Osasuna – Betis 0:2
Qol
: İqlesias, 76. Miranda, 90+1.

Vilyarreal – Elçe 0:0

Alaves – Real Sosyedad 0:0

7 dekabr

Eybar – Valensiya 0:0

Bombardir: Mikel Oyarsabal (Real Sosyedad) – 7 qol.