“Atletiko” xal itirdi, “Real Sosyedad” qalib gəldi

Futbol üzrə İspaniya La Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Turun açılış matçında “Alaves” doğma meydanda “Elçe” ilə üz-üzə gəlib və minimal hesabla üstün olub. “Atletik” “Espanyol”la səfər oyunundan heç-heçə ilə ayrılıb. “Vilyarreal” isə 6 qolun qeydə alındığı “Kadis”lə ev oyununda məğlubiyyətdən son anda qurtulub.

“Sevilya” səfərdə “Malyorka” ilə qarşılaşmadan 1 xalla ayrılıb. “Valensiya” isə “Betis”lə qarşılaşmada darmadağına üzülüb.

“Barselona” də “Rayo Valyekano” ilə səfər matçından xalsız dönüb. Madrid “Real”ının rəqibi isə “Osasuna” olub. Paytaxt təmsilçisi doğma meydanda xal itirib.

Lider “Real Sosyedad” bu turda “Selta” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. “Qranada” – “Xetafe” matçında qalib müəyyənləşməyib. Turun son matçında “Atletiko” səfərdə “Levante”nin qonağı olub. Bu oyun da heç-heçə bitib.

İspaniya La Liqası, 10-cu tur

26 oktyabr

Alaves – Elçe 1:0
Qol
: Ndiaye, 47.

Espanyol – Atletik 1:1
Qol
: De Tomas, 33-pen – Uilyams, 52.

Vilyarreal – Kadis 3:3
Qol
: P.Torres, 43. Dia, 80. Danjuma, 90+6 – Lozano, 14; 45+1; 52.

27 oktyabr

Malyorka – Sevilya 1:1
Qol
: A.Sançes, 22 – Lamela, 73.

Rayo Valyekano – Barselona 1:0
Qol
: Falkao, 30.

Betis – Valensiya 4:1
Qol
: B.İqlesias, 14; 30. Petsella, 61. Xuanmi, 68 – Paulista, 39.

Real – Osasuna 0:0

28 oktyabr

Selta – Real Sosyedad 0:2
Qol
: İsak, 54. Elustondo, 79.

Qranada – Xetafe 1:1
Qol
: Molina, 90+7 – E.Ünal, 36.

Levante – Atletiko 2:2
Qol
: Bardi, 37-pen; 90-pen – Qrizman, 12. Kunya, 76.

Bombardir: Kərim Benzema (Real) – 9 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button