“Eybar”dan səfərdə inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında autsayderlər qrupunda yer alan “Valyadolid” və “Levante” komandaları qarşılaşıb. Tərəflər bu oyundan bərabərliklə ayrılıblar.

Şənbə günü daha dörd qarşılaşma baş tutub. “Elçe” – “Kadis” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Turun maraqla gözlənilən qarşılaşmasında “Atletiko” “Valensiya”nın qonağı olub. Madrid təmsilçisi bu oyunda minimal hesabla üstün olub. “Sevilya” da “Hueska” səfərindən oxşar nəticə ilə dönüb. “Real” isə “Alaves”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Vilyarreal” bu turda səfərdə lider “Real Sosyedad”la qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. “Barselona” evdə “Osasuna”nı darmadağın edib. “Xetafe” – “Atletik” matçında qalib müəyyənləşməyib. “Selta” isə “Qranada”nı məğlub yola salıb.

Sonuncu oyun günündə “Betis” evdə “Eybar”a məğlub olub.

İspaniya La Liqası, 11-ci tur

27 noyabr

Valyadolid – Levante 1:1
Qol
: M.Andre, 57 – Kampana, 83-pen.

28 noyabr

Elçe – Kadis 1:1
Qol
: Boye, 38 – Alvaro, 55.

Valensiya – Atletiko 0:1
Qol
: Lato, 79-öz qapısına.

Hueska – Sevilya 0:1
Qol
: En Nesiri, 83.

Real – Alaves 1:2
Qol
: Kazemiro, 86 – L.Peres, 5-pen. Xoselu, 49.

29 noyabr

Barselona – Osasuna 4:0
Qol
: Breytveyt, 29. Qrizmann, 42. Koutinyo, 57. Messi, 73.

Xetafe – Atletik 1:1
Qol
: Anxel, 75 – Vilyalibre, 9.

Selta – Qranada 3:1
Qol
: Nolito, 27. Baeza, 81. Beltran, 85 – Çarris, 25.

Real Sosyedad – Vilyarreal 1:1
Qol
: Oyarzabal, 33 – Moreno, 6-pen.

30 noyabr

Betis – Eybar 0:2
Qol
: Muto, 49. Burqos, 54-pen.

Bombardir: Mikel Oyarsabal (Real Sosyedad) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button