La Liqanın lideri 3 qola üzüldü

İspaniya La Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Atletiko” “Alaves”lə qarşılaşıb. Madrid təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib.

“Barselona” bu turda “Valyadolid”lə qarşılaşıb. Kataloniya təmsilçisi bu oyunda darmadağına sevinib.

“Real” isə “Leqanes”i qəbul edib. Madrid təmsilçisi bu oyundan böyük hesabla qələbə qazanıb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sevilya” isə səfərdə “Valensiya” ilə üz-üzə gəlib və heç-heçəyə razılaşıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. Dörd qolluq “Malyorka” – “Osasuna” matçında qalib müəyyənləşməyib. “Eybar” “Vilyarreal”la, “Xetafe” isə “Qranada” ilə ev oyunundan qalib ayrılıb.

İspaniya La Liqası, 11-ci tur

29 oktyabr

Alaves – Atletiko 1:1
Qol
: L.Peres, 83 – Morata, 70.

Barselona – Valyadolid 5:1
Qol
: Lanqle, 2. Vidal, 29. Messi, 34: 75. L.Suares, 77 – Kiko, 15.

30 oktyabr

Real Sosyedad – Levante 1:2
Qol
: V.Xose, 47 – Bardi, 24. Mayoral, 40.

Valensiya – Sevilya 1:1
Qol
: Sobrino, 81 – Okampos, 45+3.

Atletik – Espanyol 3:0
Qol
: Muniain, 4; 17. Viktor, 79-öz qapısına.

Betis – Selta 2:1
Qol
: Emerson, 8. Fekir, 90 – Aspas, 70.

Real – Leqanes 5:0
Qol
: Rodriqo, 7. Kroos, 8. S.Ramos, 24-pen. Benzema, 69-pen. Yoviç, 90+1.

31 oktyabr

Eybar – Vilyarreal 2:1
Qol
: Kike, 62. Orelyana, 90+5 – Moreno, 88.

Malyorka – Osasuna 2:2
Qol
: Junior, 21-pen. Sevilya, 75-pen – Kardona, 69. R.Qarsiya, 77.

Xetafe – Qranada 3:1
Qol
: Anxel, 35. Arambarri, 41. Timor, 88 – Puertas, 74.

Bombardir: Gerrard Moreno (Vilyarreal) – 8 qol.