“Atletik” 3 xalı 4 cavabsız qolla qazandı

Futbol üzrə İspaniya La Liqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Osasuna” və “Hueska” komandaları üz-üzə gəlib. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Vilyarreal” bu turda “Real”ı qəbul edib. Bu oyunda heç-heçə qeydə alınıb. “Levante” – “Elçe” görüşü də bərabərliklə bitib. Turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” doğma meydanda “Barselona” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda minimal hesabla üstün olub. “Sevilya” isə “Selta” ilə bol qollu oyundan qalib ayrılıb.

Lider “Real Sosyedad” bu turda “Kadis” səfərinə yollanıb və minimal hesabla qələbə qazanıb. “Eybar” – “Xetafe” matçında qapılara qol vurulmayıb. Dörd qolun qeydə alındığı “Alaves” – “Valensiya” matçı da heç-heçə bitib. “Qranada” isə evdə “Valyadolid”ə uduzub.

Sonuncu oyun günündə “Atletik” “Betis”lə ev oyununda darmadağına sevinib.

İspaniya La Liqası, 10-cu tur

20 noyabr

Osasuna – Hueska 1:1
Qol
: D.Qarsiya, 68 – S.Ramires, 5.

21 noyabr

Levante – Elçe 1:1
Qol
: Melero, 12 – Tete, 64.

Vilyarreal – Real 1:1
Qol
: Moreno, 76-pen – Mariano, 2.

Sevilya – Selta 4:2
Qol
: Kunde, 5. En Nesiri, 45+3. Eskudero, 85. El haddadi, 87 – Aspas, 10. Nolito, 36.

Atletiko – Barselona 1:0
Qol
: Karrasko, 45+3.

22 noyabr

Eybar – Xetafe 0:0

Kadis – Real Sosyedad 0:1
Qol
: İsak, 66.

Qranada – Valyadolid 1:3
Qol
: Duarte, 63 – Plano, 45+2. M.Andre, 53. Jota, 90.

Alaves – Valensiya 2:2
Qol
: Navarro, 2. L.Peres, 16-pen – Valyexo, 72. Sanmartin, 77.

23 noyabr

Atletik – Betis 4:0
Qol
: Ruis, 9-öz qapısına. Çapa, 33. Muniain, 59. Berenger, 68.

Bombardir: Mikel Oyarsabal (Real Sosyedad) – 6 qol.