“Bu gün “İnter”in futbolçusuyam, amma…” – Martines

“İnter”in futbolçusu Lautaro Martines açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir adı “Barselona” ilə yanaşı çəkilən argentinalı futbolçu, “neradzurra”da xoşbəxt olduğunu bildirib:

“Hər gün inkişaf etmək üçün çalışıram. “İnter” üçün əlimdən gələni edirəm. Komanda olaraq daha çox çalışır, qalib gəlmək və “İnter”i mümkün qədər yüksək səviyyəyə çatdırmaq istəyirik. Bu gün “İnter”in futbolçusuyam, amma sabah nə olacağını bilmirəm. Burda xoşbəxt olduğumu deyə bilərəm. Burda mənə sevgisini göstərən hər kəsə təşəkkürümü bildirirəm”.