“Mançester Yunayted” “Arsenal”la heç-heçəyə razılaşdı

İngiltərə Premyer Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Turun açılış oyununda lider “Liverpul” səfərdə “Şeffild Yunayted”lə qarşılaşıb və minimal hesabla qalib gəlib. “Çelsi” “Brayton”la, “Mançester Siti” isə “Everton”la üz-üzə gəlib. Hər iki oyunda favoritlər inamlı qələbəyə seviniblər. “Tottenhem” də “Sauthempton”u məğlub yola salıb.

Bazar günü daha bir görüş baş tutub. “Lester” doğma meydanda “Nyukasl”la qarşılaşıb və rəqibini 5 cavabsız qolla məğlub edib.

Turun mərkəzi görüşü Mançesterdə keçirilib. “Mançester Yunayted” doğma azarkeşləri qarşısında “Arsenal”ı qəbul edib. Komandalar hərəyə bir dəfə fərqləndikləri bu qarşılaşmadan heç-heçə ilə ayrılıblar.

İngiltərə Premyer Liqası, 7-ci tur

28 sentyabr

Şeffild Yunayted – Liverpul 0:1
Qol
: Veynaldum, 70.

Aston Villa – Bernli 2:2
Qol
: El-Qazi, 33. Makqinn, 79 – Rodriqes, 68. Vud, 81.

Bornmut – Vest Hem 2:2
Qol
: Kinq, 17. Vilson, 46 – Yarmolenko, 10. Kressuel, 74.

Çelsi – Brayton 2:0
Qol
: Jorjinyo, 50-pen. Villian, 76.

Kristal Pelas – Norviç 2:0
Qol
: Milivoyeviç, 21. Taunsend, 90+2.

Tottenhem – Sauthempton 2:1
Qol
: Ndombele, 24. Keyn, 43 – İnqs, 39.

Vulverhempton – Uotford 2:0
Qol
: Doherti, 18. Janmaat, 61-öz qapısına.

Everton – Mançester Siti 1:3
Qol
: Levin, 33 – Q.Xesus, 24. Mahrez, 71. Sterlinq, 84.

29 sentyabr

Lester – Nyukasl 5:0
Qol
: R.Pereyra, 16. Vardi, 54; 64. Dammet, 57-öz qapısına. Ndidi, 90.

30 sentyabr

Mançester Yunayted – Arsenal 1:1
Qol
: Maktominay, 45 – Obameyanq, 58.

Bombardir: Serxio Aquero (Mançester Siti) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button