3 xalı 3 qolla qazandılar

İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son turda “Şeffild Yunayted” səfərindən xalsız dönən “Çelsi”, bu dəfə elitayla vidalaşacağı dəqiqləşən “Norviç”i qəbul edib. London təmsilçisi bu oyunda minimal hesabla üstün olub.

Turun mərkəzi görüşü Londonda keçirilib. Çempion “Liverpul” burda “Arsenal”ın qonağı olub. Üç qolun qeydə alındığı matçda hesabı qonaqlar açsa da, London təmsilçisi əzmkar qələbəyə sevinib. “Mançester Siti” də “Bornmut”la ev oyunundan oxşar hesabla qalib ayrılıb. “Bernli” – “Vulverhempton” matçında qalib müəyyənləşməyib. Səfərdə “Nyukasl”la qarşılaşan “Tottenhem” də turu qələbəylə başa vurub.

“Everton” – “Aston Villa” və “Sauthempton” – “Brayton” matçlarında qalib müəyyənləşməyib. “Lester” “Şeffild Yunayted”ə doğma meydanda, “Mançester Yunayted” isə “Kristal Pelas”a səfərdə qalib gəlib.

Sonuncu oyun günündə “Vest Hem” doğma meydanda “Uotford”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

İngiltərə Premyer Liqası, 36-cı tur

14 iyul

Çelsi – Norviç 1:0
Qol
: Jiru, 45-pen.

15 iyul

Bernli – Vulverhempton 1:1
Qol
: Vud, 90+6 – R.Ximenes, 76.

Mançester Siti – Bornmut 2:1
Qol
: D.Silva, 6. Q.Xesus, 39 – Bruks, 88.

Nyukasl – Tottenhem 1:3
Qol
: Ritçi, 56 – Son, 27. Keyn, 60; 90.

Arsenal – Liverpul 2:1
Qol
: Lakazette, 32. Nelson, 44 – Mane, 20.

16 iyul

Everton – Aston Villa 1:1
Qol
: Uolkott, 87 – Konsa, 72.

Lester – Şeffild Yunayted 2:0
Qol
: A.Peres, 29. Qrey, 79.

Kristal Pelas – Mançester Yunayted 0:2
Qol
: Reşford, 45+1. Marsyal, 78.

Sauthempton – Brayton 1:1
Qol
: İnqs, 66 – Maupay, 17.

17 iyul

Vest Hem – Uotford 3:1
Qol
: Antonio, 6. Souçek, 10. Rays, 36 – Dini, 49.

Bombardir: Ceymi Vardi (Lester) – 23 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button