“Tottenhem” “Liverpul”a evdə uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. “Kristal Pelas” “Vest Hem”lə, “Nyukasl” isə “Lids”lə üz-üzə gəlib. Hər iki oyun qonaqların qələbəsiylə yekunlaşıb.

“Arsenal” bu tur çərçivəsində çətin “Sauthempton” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. “Mançester Siti” isə “Vest Bromviç”in qonağı olub və 5 cavabsız qolla qalib gəlib.

Bu gün daha beş qarşılaşma baş tutub. Lider “Mançester Yunayted” bu turda autsayder “Şeffild Yunayted”i sınağa çəkib və məğlubiyyətə üzülüb. Baş məşqçisi Frenk Lempardla yollarını ayıran “Çelsi” “Vulverhempton”u qəbul edib. “Zadəganlar” yeni baş məşqçi Tomas Tuxelin rəhbərliyi altındakı ilk matçdan 1 xalla ayrılıb. “Brayton” – “Fulhem” və “Everton” – “Lester” görüşləri də bərabərliklə bitib. “Bernli” isə “Aston Villa” üzərində qələbəyə sevinib.

Turun mərkəzi görüşü Londonda keçirilib. Son beş oyundur qələbəyə həsrət qalan “Liverpul” burada “Tottenhem”in müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı matç məhz qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

İngiltərə Premyer Liqası, 20-ci tur

26 yanvar

Kristal Pelas – Vest Hem 2:3
Qol
: Zaha, 3. Batşuayi, 90+7 – Souçek, 9; 25. Douson, 65.

Nyukasl – Lids 1:2
Qol
: Almiron, 57 – Rafinya, 17. Harrison, 61.

Sauthempton – Arsenal 1:3
Qol
: Armstronq, 3 – Pepe, 8. Saka, 39. Lakazette, 72.

Vest Bromviç – Mançester Siti 0:5
Qol
: İ.Gündoğan, 6; 30. Kanselo, 20. Mahrez, 45+2. Sterlinq, 57.

27 yanvar

Bernli – Aston Villa 3:2
Qol
: Mi, 52. Maknil, 76. Vud, 79 – Uotkins, 14. Qriliş, 68.

Çelsi – Vulverhempton 0:0

Brayton – Fulhem 0:0

Everton – Lester 1:1
Qol
: Rodriqes, 30 – Tilemans, 67.

Mançester Yunayted – Şeffild Yunayted 1:2
Qol
: Maquayr, 64 – Brayan, 23. Burke, 74.

28 yanvar

Tottenhem – Liverpul 1:3
Qol
: Hoybyerq, 49 – Firmino, 45+4. Aleksandr-Arnold, 47. Mane, 65.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 13 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button